Hamiləliyin erkən

Hamiləliyin erkən
25% qadınlarda hamiləliyin ilk həftələrində qarnın aşağısında ağrı və qanlı axıntı şikayətləri ola bilər. Əksər hallarda bu qorxulu deyil və sizə və körpənizə təhlükə yaratmır. Belə olduğuna baxmayaraq bu əlamətlər düşük təhlükəsi və ya hamiləliyin aşağıdakı ağırlaşmalarında da rast gəlinə bilər.
- beçəxor
- uşaqlıqdan kənar hamiləlik
- özbaşına düşük
Buna görə də qanlı axıntılar olarsa həkimə müraciət etməniz məsləhətdir.
Belə halda sizə hansı müayinələr təklif oluna bilər?
- hamiləlik testi
- USM -vaginal və ya abdominal (vaginal müayinədən qorxmaq lazım deyil o düşük yaratmır və daha dəqiq müayinə etməyə imkan yaradır )
- Ginekoloji müayinə (güzgülərlə vaginal müayinə )
- Qanda XQ təyini
Bəzən hamiləlik testi müsbət göstərsə də usm də hamiləlik təyin olunmur
NİYƏ?
✔Çox kiçik həftə hamiləliklər -3 həftəyə qədər hamiləlik usm də görünmür.
✔Erkən düşük baş verib. Bu zaman hamiləlik testi 2 həftə müddətində müsbət göstərə bilər.
✔uşaqlıqdan kənar hamiləlik
Bəzi hallarda sizə təkrar XQ müayinəsi təklif oluna bilər
- Normal hamiləlikdə xq sürətlə artır
- uşaqlıqdan kənar hamiləliklərdə -artım çox azdır və ya yoxdur
- Düşük baş verərsə XQ səviyyəsi aşağı düşür.
XİDMƏTLƏR
— Hamiləlik konsultasiyası və doğum (təbii və ya keysəriyyə)
— Kiçik çanaq üzvlərinin iltihabi xəstəlikləri
— Sonsuzluğu yaradan səbəblərin aşkarlanması
— Uşaqlıq boynu patalogiyalarının diaqnostikası və müalicəsi
— Vaginanın infeksion xəstəliklərinin diaqnostikası və müalicəsi
— Menstruasiya dövrü və pozulma problemləri
— Yumurtalıq kistaları
— Uşaqlığın xoşxassəli xəstəlikləri
— Genital estetika
— Hamiləlikdən qorunma yolları
— Endokrin sonsuzluğun diaqnostikası və müalicəsi
— Diaqnostik və cərrahi histeroskopiya
— Diaqnostik və cərrahi laparoskopiya
DOĞUŞ TARİXİNİ HESABLA
Son menstruasiya (aybaşı) tarixini yazın
(misal üçün: 30.12.2016)
HESABLA
FOTO ALBOM
ƏN ÇOX OXUNAN MƏQALƏLƏR