Ovulyator sindrom nədir?
Bəs siz bilirsiz ki, qarnın aşağısında ağrı hər zaman hansısa xəstəliyin əlaməti deyildir. Ovulyator sindrom və ya ağrılı ovulyasiya deyə bir anlayış vardır. Bu vəziyyət özü özlüyündə xəstəlik deyil, lakin xoşagəlməz simptomlarla keçir. Təxmini menstrual tsiklin ortasında ovulyasiya -yumurtahüceyrənin follikuldan çıxması baş verir. Bəzi qadınlarda bu proses aşağıdakı simptomlarla müşayiət olunur
✔Cinsi akt zamanı diskomfort, xoşagəlməz hissiyyat
✔Qarnın aşağısında küt, zoqquldayan ağrı -bir qayda olaraq tək tərəfli olur (ovulyasiyanın hansı yumurtalıqda baş verməsindən asılı olaraq )
✔Ağrı 1-3 günə qədər davam edə bilər.Ağrı bədənin vəziyyətini dəyişdikdə şiddətlənə, düz bağırsağa və qasıq nahiyəsinə yayıla bilər.
✔Bəzən uşaqlıq yolundan qanlı axıntılar da mümkündür.
Xəbərdarlıq edim ki, qarnın aşağısında kəskin ağrı əyani həkim müayinəsi tələb edir. Ağrılar apendisit , uşaqlıqdan kənar hamiləlik, yumurtalığın apopleksiyası və s. Səbəbdən də ola bilər. Ovulyator sindrom zamanı heç bir müalicə tələb olunmur. Əgər hər menstrual tsiklda belə diskomfort yaranırsa oral kontraseptiv təyini ilə simptomatik müalicə təyin oluna bilər. Bilirsiz ki, oral kontraseptivlərin qəbulu zamanı ovulyasiya prosesi blokə olunur və müvafiq olaraq ovulyasiya ilə bağlı bütün xoşagəlməz hallar da aradan qalxır.