Genital Herpes

Beləliklə yoluxma necə baş verir?
- Yoluxma cinsi yolla selikli qişadan keçir -SHV 2
- SHV 1 -hava damcı yolu ilə keçir. Bu tip herpes əksəriyyətimizin dodağında rastlaşdığımız herpesdir. Lakin oral seks zamanı virus cinsi orqanlara da ötürülə bilər.
Virus orqanizmə düşdükdən sonra ÖMÜRLÜK qalır. Çünki virus qabıqsız hissəciklərə transformasiya olunaraq sinir hüceyrələrinin nüvələrində yaşaya bilər. Stress, ağır xəstəliklər, immun sistemin zəifləməsi xəstəliyin baş qaldırmasına zəmin yaradır. Virusun titri yüksək olarsa -xəstəlik özünü biruzə verir. Əgər titri azsa simptomlar olmaya da bilər -lakin belə olduqda da insan xəstəliyi digərlərinə ötürə bilər.
Əlamətləri :
✔Ağrı, yanğı, qaşıntı ✔Dəridə qızartılar ✔Dəridə səpgilər -səpgilər içərisi maye ilə doludur. Qısa müddətdə suluqlar partlayır və yerində eroziv yara əmələ gəlir. Səpgilər sağrı, bud və s. nahiyələrə yayıla bilər. ✔Limfa vəzilərdə böyümə ✔Temperaturun yüksəlməsi
Hətta ilkin yoluxma zamanı belə xəstəliyin simptomsuz gedişi mümkündür.
MÜALİCƏ -Bu gün xəstəliyin tam müalicəsi MÜMKÜN DEYİL. Bütün dünyada -Residiv əleyhinə (yəni xəstəliyin baş qaldırması əleyhinə )müalicə tətbiq olunur. Bunun üçün virus əleyhinə preparatlar istifadə olunur. Adekvat müalicə ilə xəstəliyin uzun müddət özünü biruzə verməməsi əldə olunur.


