PAP test nə zaman və hansı tezlikdə olunmalı?

-Bu nə deməkdir?
Həkim uşaqlıq boynu hüceyrələrindən nümunə götürür və labaratoriyaya göndərir
✔PAP test müayinəsi -bu zaman atipik hüceyrələr aşkarlanır
✔HPV testi
Son ACOG tövsiyyələri
✔Əgər sizin 21 dən az yaşınız varsa skrininq etməyə bilərsiz
✔21-29 yaş hər 3 ildən bir Pap test olunmalı
✔30-65 yaş Pap +HPV test hər 5 ildən bir və ya təkcə Pap test hər 3 ildən bir.
✔65>yaş sizdə heç vaxt displaziya aşkarkanmayıbsa və son 10 ildə 2 neqativ Pap testiniz varsa -sizə skrininq ehtiyac deyil.
!! VACİBDİR !!
✔Vaksinasiya olunmuş olsanız belə skrininq olunmalısız.
✔Əgər uşaqlığın çıxarılması əməliyyatı olunub və uşaqlıq boynu saxlanıbsa yenə də skrininq olunmalısız.
Əgər sizdə HPV aşkarlanıbsa və ya keçmişdə uşaqlıq boynu displaziyası olmuşsa skrininq daha tez -tez təkrarlana bilər.
✔Sizə uşaqlıq və uşaqlıq boynu birgə götürülməsi əməliyyatı icra olunubsa
-orta /ağır displaziya hekayəsi varsa 20 il müddətində skrininq aparılmalıdır
-Xərçəng və ya displaziya olmayıbsa skrininq ehtiyac deyil.


