HPV Virusu

HPV Virusu
İnsan papilloma virusu.
??HPV nin neçə növü var??
✔100 dən artıq növü var və onlardan 40 ı cinsi yolla keçərək anogenital bölgəni zədələyir. HPV kifayət qədər yayılmış infeksiyadır və demək olar ki, cinsi həyat yaşayan bütün insanlar həyatının müəyyən dövründə bu infeksiyaya yoluxurlar. Bunu xüsusi olaraq qeyd edim ki, 90-95% hallarda bu insan həyatı üçün böyük təhlükə törətmir.
HPV yaranmasına səbəb olur
✔İti uclu kondilomaların (əksərən 6-11 tip )KONDİLOMALAR XƏRÇƏNG DEYİL VƏ XƏRÇƏNGƏ ÇEVRİLMİR. Kondilomalar diskomfort yaradırlarsa cərrahi və ya medikamentoz yolla götürülür.
✔Displaziya və uşaqlıq boynu xərçəngi. HPV nin 13 tipi xərçəngin yaranması ilə əlaqəlidir. Əksərən bu 16-18 tip olurlar.
??Əgər məndə HPV aşkarlanıbsa məndə mütləq xərçəng və ya kondilomalar olacaq ??
XEYR XEYR bir daha Xeyr !!!
Niyə?
Çünki HPV əksərən heç bir müdaxilə olunmadan orqanizmdən eliminasiya olunur. Əksərən bir neçə aydan sonra və 90% hallarda 2 il sonra virus sizdə aşkarlanmayacaqdır. Və xüsusi olaraq qeyd edim ki, immun preparatları ilə uzun müddətli və bahalı müalicələr gərəksizdir. Onların effektivliyi sübut olunmamışdır, lakin bizim orqanizmimiz əksərən sərbəst bu virusla başa çıxa bilir.
?? Əgər yüksək riskli onkogen tip HPV aşkarlanıbsa nə etməli ??
! Yadda saxlayın ! HPV aşkarlanıbsa sizin edə biləcəyiniz yeganə şey PAP test dir. (Pap test nədir və hansı tezlikdə olunmalıdır növbəti postda ətraflı yazacam ). Əgər Pap test heç bir dəyişiklik aşkarlamayıbsa heç bir müalicə tələb olunmur. HPV müalicə edilmir -müalicə olunur uşaqlıq boynu epitelində baş verən dəyişikliklər.
?? Əgər immun sistemim virusla başa çıxa bilməsə nə olacaq ??
✔Persistə edən HPV infeksiyası nəticəsində uşaqlıq boynu epiteli öz normal quruluşunu itirəcək -bu hal displaziya adlanır. Buna illər lazımdır (10 il və daha çox ). 2-3 dərəcə displaziya müalicə olunmalıdır. 1 dərəcə displaziya müşahidə olunur belə ki, bu hal öz - özünə reqresiya oluna bilər.
?? Xərçəngin inkşafına necə yol verilməməli ??
✔Requlyar Pap test
✔Siqaretdən imtina
✔Cinsi partnyorları tez tez dəyişməmək
✔Sağlam həyat tərzi
XİDMƏTLƏR
— Hamiləlik konsultasiyası və doğum (təbii və ya keysəriyyə)
— Kiçik çanaq üzvlərinin iltihabi xəstəlikləri
— Sonsuzluğu yaradan səbəblərin aşkarlanması
— Uşaqlıq boynu patalogiyalarının diaqnostikası və müalicəsi
— Vaginanın infeksion xəstəliklərinin diaqnostikası və müalicəsi
— Menstruasiya dövrü və pozulma problemləri
— Yumurtalıq kistaları
— Uşaqlığın xoşxassəli xəstəlikləri
— Genital estetika
— Hamiləlikdən qorunma yolları
— Endokrin sonsuzluğun diaqnostikası və müalicəsi
— Diaqnostik və cərrahi histeroskopiya
— Diaqnostik və cərrahi laparoskopiya
DOĞUŞ TARİXİNİ HESABLA
Son menstruasiya (aybaşı) tarixini yazın
(misal üçün: 30.12.2016)
HESABLA
FOTO ALBOM
ƏN ÇOX OXUNAN MƏQALƏLƏR