Qız uşaqlarında cinsi orqanlarda bitişmə

Qız uşaqlarında cinsi orqanlarda bitişmə
Cinsiyyət dodaqlarının bitişməsi qız uşaqlarında kifayət qədər rast gəlinən və göründüyü qədər də qorxulu olmayan bir vəziyyətdir. Bir çox həkimlər yanlışlıqla belə uşaqların analarına səbəb kimi gigiyena qaydalarına riayət etməmək və ya cinsi yolla keçən infeksiyaların olmasını söyləyə bilər. Lakin bu belə deyil.
Ümumiyyətlə anatomik defekt yoxsa, yəni xarici cinsiyyət üzvləri normal inkişaf etmişsə tək bitişmə halı valideynlərdə panikaya səbəb olmalı deyil. Anatomik deffekt özlüyündə çox nadir hallarda rast gəlinir. Bitişmələr əksərən 6 aydan -5-6 yaş arası qızlarda rast gəlinir.
Bitişmələrə səbəb kimi orqanizmdə estrogen azlığı göstərilir. Daha öncə qeyd etdim ki əksərən 6 aydan yuxarı uşaqlarda rast gəlinir. 6 aya qədər ana bətnində aldığı estrogenlər körpəyə kifayət edir. Aşağı estrogen fonunda körpə dərisi daha da həssaslaşır və bezlərdə toplanan sidik dərini qıcıqlandırır və nəticədə bitişmələr yaranır. Qıcıqlandırıcı faktorlara -sidik, nəcis, qurdlar, köpük vannaları, sintetik sabun və paraşok, dar nəfəs almayan alt paltarı, xarici cinsi orqanların travması aiddir.
Hansı müayinələr olunmalıdır?
Müayinələr çox sadədir :
Ginekoloqun baxışı
Sidiyin ümumi analizi
Nəcisin ümumi analizi
Belə halla rastlaşdıqda uşağın valideynlərinə izah olunmalıdır ki, uşaq orqanizmi böyüdükcə estrogenlərin səviyyəsi də orqanizmdə artacaq və bu zaman bitişmələr də özlüyündən aralanacaq. Müşahidələrə görə 95-98% hallarda proses öz -özünə səngiyir.
Cərrahi olaraq bitişmələrin ayrılması 6 yaşadək qızlarda yalnız sidiyə gedə bilməmə hallarında ola bilər. Əgər sidiyə getmə sərbəstsə heç bir cərrahi müdaxilə edilməməlidir.
Əgər valideynlər izahatlara baxmayaraq müalicə olunmaqda israr edilərsə onlara mümkün müalicə metodları izah olunmalıdır.
Müalicə 2 yolla mümkündür :
Cərrahi metod
Konservativ (medikamentoz )metod
Lakin yenə təkrar edirəm praktika göstərir ki, əksərən 12-24 ay müddətində proses özlüyündən keçib gedir.
Bitişmələrin cərrahi ayrılması uşağın psixi travma almaması üçün ümumi keyləşmə altında edilməlidir. Bunu da qeyd edim ki, müdaxiləyə baxmayaraq prosesin təkrarlanma halları da mümkündür. .
Bir çox həkimlər konservativ metod da təklif edə bilərlər. Müalicə üçün tərkibində estrogen kompanenti olan kremlər istifadə edilir. Müalicə effektivliyi yüksəkdir. Hormonal müalicə təxminən 2 həftə müddətində aparılır. Hormonal müalicədən sonra uşaqlarda cinsiyyət dodaqlarında rəng dəyişkənliyi (piqmentasiya , şişkinlik, çox nadir hallarda uşaqlıq yolundan qanlı axıntılar mümkündür.
XİDMƏTLƏR
— Hamiləlik konsultasiyası və doğum (təbii və ya keysəriyyə)
— Kiçik çanaq üzvlərinin iltihabi xəstəlikləri
— Sonsuzluğu yaradan səbəblərin aşkarlanması
— Uşaqlıq boynu patalogiyalarının diaqnostikası və müalicəsi
— Vaginanın infeksion xəstəliklərinin diaqnostikası və müalicəsi
— Menstruasiya dövrü və pozulma problemləri
— Yumurtalıq kistaları
— Uşaqlığın xoşxassəli xəstəlikləri
— Genital estetika
— Hamiləlikdən qorunma yolları
— Endokrin sonsuzluğun diaqnostikası və müalicəsi
— Diaqnostik və cərrahi histeroskopiya
— Diaqnostik və cərrahi laparoskopiya
DOĞUŞ TARİXİNİ HESABLA
Son menstruasiya (aybaşı) tarixini yazın
(misal üçün: 30.12.2016)
HESABLA
FOTO ALBOM
ƏN ÇOX OXUNAN MƏQALƏLƏR