Dölyanı mayenin çox olması

Ən çox yayılmış səbəblər
✔Anada şəkərli diabet
✔Çox döllü hamiləlikdə feto-fetal sindrom
✔Dölün inkişaf anomaliyaları -dölyanı mayenin udulmasında problem yaranarsa (qida borusunun və ya bağırsağın atreziyası, anensefal və s. )
✔Dölün xromosom anomaliyaları (Edvards sindromu xüsusilə )
✔Rezus konflikt və dölün anemiyasına səbəb olan digər xəstəliklər (talassemiya )
✔Bətndaxili infeksiyalar (xüsusilə virus infeksiyaları )
✔İdiopatik -yəni sadalanan xəstəliklər olmadan yaranan çox mayelilik
MÜALİCƏSİ:
Müalicə onu yaradan səbəb aradan götürülməklə aparılır (Məs. Anada şəkərli diabet tənzimlənir. )Xromosom və inkişaf anomaliyaları müalicə olunmur. DM nin çoxluq dərəcəsindən asılı olaraq amnioreduksiya və ya prostoqlandin inhibitorları (Məs. Indomethacin ) istifadə oluna bilər.


