Dölyanı mayenin az olması

Dölyanı mayenin az olması
Ümumiyyətlə dölyanı maye nədir (DM)?-Körpə bu mayenin içərisində yaşayır, böyüyür, inkişaf edir. DM onu travmalardan, sıxılmadan qoruyur, onu qidalı maddələrlə təmin edir, antibakterial xüsusiyyəti var. DM 10 cu həftədən etibarən artmağa başlayır.
DM haradan alınır? -əsas mənbəyi fetal sidik və fetal ağciyər mayesidir. Döl requlyar olaraq bu mayeni udur və sidiklə ifraz edir və beləliklə balans qorunur.
DM-nin miqdarı USM vasitəsilə ölçülür və miqdarı <5sm3 olarsa bu DM nin az olmasını göstərir.
Dölyanı Mayenin az olma səbəbləri?
✔Dölün inkişaf anomaliyaları
✔Su kisəsinin vaxtından əvvəl yırtılması
✔Preeklampsiya, arterial hipertenziya, ananın böyrək və damar xəstəlikləri
✔Bəzi dərman preparatlarının qəbulu
✔Ciftin vaxtından əvvəl qopması
✔Plasentar tromboz
✔Çoxdöllü hamiləlikdə feto-fetal sindrom
✔İdiopatik az mayelilik -mayenin az olmasının aşkar səbəbi yoxdur.
MÜALİCƏSİ:
Müalicə mayenin az olmasına gətirən səbəbdən asılıdır və yalnız ilkin səbəb müalicə olunur (əgər bu mümkünsə)-Məsələn səbəb Preeklampsiya, Arterial Hipertenziya olarsa. Məlum məsələdir ki, xromosom və anadangəlmə anomaliyalar müalicə olunmayacaq. Eyni zamanda antibiotiklər və müxtəlif "damar genəldici"preparatlar bunu müalicə etməyəcək.
Problem doğuma yaxın dövrdə aşkarlanıbsa doğum həyata keçirilməlidir.
Səbəb idiopatiksə -damar daxili infuziyalar və ağır hallarda amnioinfuziya tətbiq oluna bilər. Nəzərə alın ki, bunlar müvəqqəti effekt verəcək.
XİDMƏTLƏR
— Hamiləlik konsultasiyası və doğum (təbii və ya keysəriyyə)
— Kiçik çanaq üzvlərinin iltihabi xəstəlikləri
— Sonsuzluğu yaradan səbəblərin aşkarlanması
— Uşaqlıq boynu patalogiyalarının diaqnostikası və müalicəsi
— Vaginanın infeksion xəstəliklərinin diaqnostikası və müalicəsi
— Menstruasiya dövrü və pozulma problemləri
— Yumurtalıq kistaları
— Uşaqlığın xoşxassəli xəstəlikləri
— Genital estetika
— Hamiləlikdən qorunma yolları
— Endokrin sonsuzluğun diaqnostikası və müalicəsi
— Diaqnostik və cərrahi histeroskopiya
— Diaqnostik və cərrahi laparoskopiya
DOĞUŞ TARİXİNİ HESABLA
Son menstruasiya (aybaşı) tarixini yazın
(misal üçün: 30.12.2016)
HESABLA
FOTO ALBOM
ƏN ÇOX OXUNAN MƏQALƏLƏR