Hamiləlikdə nə qədər çəki alınmalıdır?

Hamiləlikdə nə qədər çəki alınmalıdır?
Hamiləlikdə ideal çəkisi olanların 9-12 kiq. çəki almaları normaldır. Ana az çəkilisə 16 kq. qədər çəki almasını istəyərik. Ana çox çəkilisə 11 kq. qədər çəki almasını istəyərik.
Hamiləlik boyu çəki artımı bu şəkildə olmalıdır.
- Hamiləliyin ilk 3 ayında 1-3 kq arası
- 4-5-6 aylarda aya 1 kq
- 7-8-9 aylarda aya 2 kq
Hamiləlikdə ürəkbulanmalar varsa ilk 4 ayda əksərən çəki azalır, ancaq bulantıların azalması ilə çəki artımı da müşahidə olunur. Orqanizmdən asılı olaraq dəyişsə də aya 1-2 kilo artımdır.
HAMİLƏLİKDƏ AZ ÇƏKİ ALMANIN ZİYANI VARMI?
Ana normal çəkidəsə 7 kq-dan az çəki aldıqda, uşaq da az çəkili doğulur. Normalda uşaq 2300 qr doğulmalısa az qidalanan, anoreksiyalı qadınların uşaqları əksərən 500 qr daha az doğulur. Normalda az çəkililərin 7 kq-dan çox çəki almasını istəyirik.
HAMİLƏLİKDƏ AŞIRI ÇƏKİ ALMAQ NƏ KİMİ PROBLEMLƏR YARADIR?
- Hamiləlikdə 18 kq çox çəki alınırsa bu heç ürəkaçan deyil. Çünki hamiləliyin ortalarına doğru diabet və hipertenziya (təzyiq artması ),ödem (şişkinlik ), preeklampsiya ortaya çıxa bilər.
Təzyiq yüksəlməsi vaxtından əvvəl doğuma, ani uşaq ölümünə səbəb ola bilir. Əgər aşırı çəki artımı varsa qidalanma tərzinizi gözdən keçirin.
XİDMƏTLƏR
— Hamiləlik konsultasiyası və doğum (təbii və ya keysəriyyə)
— Kiçik çanaq üzvlərinin iltihabi xəstəlikləri
— Sonsuzluğu yaradan səbəblərin aşkarlanması
— Uşaqlıq boynu patalogiyalarının diaqnostikası və müalicəsi
— Vaginanın infeksion xəstəliklərinin diaqnostikası və müalicəsi
— Menstruasiya dövrü və pozulma problemləri
— Yumurtalıq kistaları
— Uşaqlığın xoşxassəli xəstəlikləri
— Genital estetika
— Hamiləlikdən qorunma yolları
— Endokrin sonsuzluğun diaqnostikası və müalicəsi
— Diaqnostik və cərrahi histeroskopiya
— Diaqnostik və cərrahi laparoskopiya
DOĞUŞ TARİXİNİ HESABLA
Son menstruasiya (aybaşı) tarixini yazın
(misal üçün: 30.12.2016)
HESABLA
FOTO ALBOM
ƏN ÇOX OXUNAN MƏQALƏLƏR