Xlamidiya
İnanın əlimə gələn analiz nəticələrinə baxdıqca bilmirəm gülüm ya ağlayım. Xlamidiya qanda təyin edilib İgG forma və qadın yoldaşı ilə birlikdə 1 il antibiotik müalicəsi qəbul edib. Dəfələrlə cavab verirəm suallarda -İgG xəstəlik deyil. Bu orqanizmin yaddaşıdır və nə vaxtsa bu infeksiyanın keçirildiyini göstərir -müalicə edilməli deyil.
CHLAMYDİA TRACHOMATİS -cinsi yolla ötürülən infeksiyadır. Xlamidiyanın məhz bu növü -Boru keçməməzliyinə, uretritə, servisitə, prostatitə (kişilərdə ) səbəb olur.
- CHLAMYDOPHİLA -Bunlar Xlamidiyaların digər növləridir -hansı ki, ginekoloqlara maraqlı deyil. ☺ Onlar cinsi yolla ötürülmür, genital orqanların xəstəliklərinə səbəb olmurlar.
Xlamidiya infeksiyası əksərən simptomsuz keçir. Bu səbəbdən də bəzi ölkələrdə (məs .ABŞ )- infeksiyanın erkən aşkarlanması üçün skrininq tövsiyyə olunur.
Chl. Trachomatis -PZR üsulu ilə təyin olunur. Müayinə materialı qadınlarda urogenital yaxma, kişilərdə sidik ola bilər. Avropa birliyi məhz bu təyin metodunu tövsiyyə edir. Bu mühit daha həssas və spesifikdir. (85- 95%)
Qanda təyini tövsiyyə olunmur -İgA və İgM Chl. Trachomatis üçün spesifik deyil. Xlamidiyanın hər hansı bir növü ilə də yoluxma zamanı müsbət göstərə bilər. (Xlamidiyaların zərərsiz digər növləri haqda yuxarıda danışmışdım ).
İgG -Chl. Trachomatis üçün spesifikdir. Onlar infeksiyalaşmadan 3 ay sonra yaranır və uzun illər boyu orqanizmdə qalırlar -İgG formanın aşkar edilməsi MÜALİCƏ TƏLƏB ETMİR. PZR üsulu ilə yaxmada aşkar olunmuş Chl. Trachomatis hər iki partnyorda antibiotiklərin təyini müalicə olunmalıdır.