Hamiləlik zamanı hormonal müayinələr

Hamiləlik zamanı hormonal müayinələr
Hormonlar haqqında danışmağa davam edirəm, belə ki, hormonlar çox maraqlı, çətin və hər zaman çoxlu sual doğuran bir mövzudur. Mən də postlarımda sizə mümkün qədər anlatmağa, aydınlatmağa çalışıram.

Hormonal müayinələri tələb edən bir çox simptom və xəstəliklər vardır.

Bu gün yalnız hamiləlikdə yoxlanmalı olan hormonlar haqqında yazacam.

Hansı hormonlar hamiləlikdə yoxlanmalıdır, nə üçün yoxlanmalıdır, hansıların yoxlanmağı ümumiyyətlə mənasızdır?

Beləliklə
- HCG -insan xronik qonadotropin. Baş vermiş hamiləliyin ən əsas və daha dəqiq markeridir. Mayalanma baş verən gündən 6-10 gün sonra HCG səviyyəsi qanda atmağa başlayır. Evdə adi hamiləlik testi və ya qanda (daha dəqiqdir ) təyin edilir.
- PAPP-A, beta HCG, AFP -3 hormon +USM bu kompleks 1 ci və 2 ci trimestrin skrininqi adlanır və döldə trisomiya RİSKİNİ təyin etmək üçün yoxlanılır. Bu müayinələrlə diaqnoz qoyulmur bu sadəcə riski hesablamaq üçündür -diaqnoz üçün amniosentez, xorunun biopsiyası metodları istifadə olunur.
- TSH VƏ T4 -tireotrop hormon və sərbəst tiroksin -hamiləlikdə mütləq yoxlanması gərəkən hormonlar deyil. Bunların təyini qalxanabənzər vəzi xəstəliyinə şübhə olduğu zaman aparılır.
- Progesteron -göstərişlə hamiləliyin əvvəlində HCG ilə birlikdə təyin olunur və dölün yaşam qabiliyyətini göstərir. ??? Hansı Hormonların hamiləlikdə yoxlanması mənasızdır və qətiyyən lazım deyil.
❌ Prolaktin -bu hormonun səviyyəsi mayalanma baş verən gündən yüksəlməyə başlayır. Əgər öncədən yüksək prolaktin olubsa və müvafiq dərmanlar qəbul edilibsə hamiləlik baş verdikdən sonra dərmanların qəbulu dayandırılır .

AKTH, kortozol, 17-OH progesteron -normal hamiləlik üçün bu hormonların səviyyəsinin nisbi yüksək olması normaldır və müalicə tələb etmir.

Testesteron, androstendion, DHEA-sulfat -bu hormonların da nəticəsi yüksək olacaq bu hamiləlik normasıdır.
XİDMƏTLƏR
— Hamiləlik konsultasiyası və doğum (təbii və ya keysəriyyə)
— Kiçik çanaq üzvlərinin iltihabi xəstəlikləri
— Sonsuzluğu yaradan səbəblərin aşkarlanması
— Uşaqlıq boynu patalogiyalarının diaqnostikası və müalicəsi
— Vaginanın infeksion xəstəliklərinin diaqnostikası və müalicəsi
— Menstruasiya dövrü və pozulma problemləri
— Yumurtalıq kistaları
— Uşaqlığın xoşxassəli xəstəlikləri
— Genital estetika
— Hamiləlikdən qorunma yolları
— Endokrin sonsuzluğun diaqnostikası və müalicəsi
— Diaqnostik və cərrahi histeroskopiya
— Diaqnostik və cərrahi laparoskopiya
DOĞUŞ TARİXİNİ HESABLA
Son menstruasiya (aybaşı) tarixini yazın
(misal üçün: 30.12.2016)
HESABLA
FOTO ALBOM
ƏN ÇOX OXUNAN MƏQALƏLƏR