Sonsuzluq nədir ?
Çox tez -tez suallar sonsuzluq haqqında gəlir. Belə qadınlarla hər dəfə söhbət etmək, ümid verməyə çalışmaq hər dəfə çox çətindir xüsusilə də sonsuz sayda müalicə və müayinələrdən keçmiş qadınlarla. Ona görə də bir az sizi məlumatlandırmaq istəyirəm.
Hamiləlik haqqında danışmağa başladıqsa hamiləliyin baş verməsi üçün banal da olsa yazıram -yumurtalıqlarda ovulyasiya, uşaqlıq, uşaqlıq borularının keçiriciliyi və yumurtahüceyrəni mayalandırabiləcək spermatozoid olmalıdır. Endometrium və uşaqlıq boşluğunun anatomik düzgün quruluşda olması da vacib şərtlərdəndir.
Mən deyərdim ki, bu işdə ən vacib moment həkimlə söhbətdir. Söhbət zamanı pasientin bütün həyat hekayəsi, keçirdiyi xəstəliklər, risk faktorları, menstruasiyanın xarakteri və s dinlənir və əsas müayinə yolu seçilir. Ümumiyyətlə ən çox rast gəlinən sonsuzluq səbələri aşağıdakılardır :
1. Ovulyasiya pozulması (ən çox yayılmış səbəb )
2. Boruların keçiriciliyinin pozulması, boru anomaliyaları.
3. Endometrioz
4. Uşaqlığın sinexiyalar (bitişmələr ), uşaqlıq boynu faktoru, uşaqlıq boşluğu anomaliyaları
5. Səbəbi təyin olunmayan sonsuzluq 10-15% hallarda )
Ətraflı olaraq 1 ci punkt barədə yazmaq istəyirəm.
Ovulyasiyanın pozulma səbələri çoxdur lakin siz həyat tərzinizi, qida rasionunuzu, psixoloji vəziyyətinizi dəyişməklə bu prosesə müsbət təsir göstərə bilərsiz. Necə?
- Stress -bu zaman prolaktin sintezi artır ki, bu da ovulyasiyanı blok edir .
- İntensiv fiziki məşqlər (həftədə 5 saatdan artıq ) -həddindən artıq fiziki məşqlər qonadotrop hormonların sintezini pozur LH, FSH və Progesteron sintezini pozur ki, bu da ovulyasiyaya təsir edir.
- Piylənmə və ya aşırı kilo vermə . Piylənmə zamanı -insulinərezistentlik əmələ gəlir. İnsulinin yüksək səviyyədə olması androgenlərin səviyyəsinin artmasına gətirib çıxarır ki, bu da öz növbəsində ovulyasiyanı blok edir. Kritik səviyyədə çəki azlığı olan qadınlarda isə -hipofiz və hipotalamus səviyyəsində hormonların sintezi azalır. Orqanizm ən yüksək səviyyədən yəni beyin səviyyəsindən orqanizmi qorumaq məqsədi ilə ovulyasiyanı blok edir. Belə qadınlarda ikincili amenoreya yəni menstruasiyanın ümumiyyətlə olmaması da baş verə bilər.