Hamiləliyin ilk əlamətləri

Hamiləliyin ilk əlamətləri
Hamiləliyi düşündürən və dəqiqləşdirən bir çox simptomlar vardır. Bunların bir qismi erkən hamiləlikdən, bir qismi isə daha gec ortaya çıxır.

* Menstruasiya gecikməsi. Ən vacib göstəricidir. Ancaq hər aybaşı gecikməsi hamiləlik demək deyil. Müxtəlif xəstəliklər, dieta, psixoloji vəziyyət, stress faktoru, iqlim dəyişkənliyi, səyahət kimi çox faktorlar aybaşı gecikməsinə səbəb ola bilər.

* Süd vəzilərində dolğunluq və hissiyatın artması. Laktasiya önü bir çox xanımlar belə vəziyyətlə qarşılaşırlar. Dəqiq hamiləlik əlaməti deyil.

* Halsızlıq, yorğunluq yuxu istəyi.

* Qoxulara qarşı həssaslıq, əksər qoxuları hamıdan öncə hiss edərlər.

* Psixoloji həssaslıq –aşırı küsəyənlik, inciklik, kövrəklik.

* Bulantı və qusma. Hamiləliyin bu əlaməti hamıda olmaya da bilər.

* Tez-tez sidiyə getmə.

* Qarında böyümə-ilk həftələrdə ödəmə bağlı şişkinlik olur. Hamiləliyin12-ci həftəsindən sonra qarına doğru böyümə başlayır.

Yuxarıda sadalanan hamiləliyin ilk əlamətləri yalnız şübhə yaradır. Əmin olmaq üçün sidikdə və ya qanda hamiləlik təyini olunmalıdır. Menstruasiya 2 gün belə geciksə qanda hamiləliyin təyin olunması mümkündür. Testlə dəqiqləşən hamiləliyin normal uşaqlıqda inkşaf etməsindən əmin olmaq üçün 4-5 həftədə USM olunmalıdır. Ultrasəs cihazının imkanlarından asılı olaraq 5-6 həftələrdə ürək döyüntü təyin oluna bilər.
XİDMƏTLƏR
— Hamiləlik konsultasiyası və doğum (təbii və ya keysəriyyə)
— Kiçik çanaq üzvlərinin iltihabi xəstəlikləri
— Sonsuzluğu yaradan səbəblərin aşkarlanması
— Uşaqlıq boynu patalogiyalarının diaqnostikası və müalicəsi
— Vaginanın infeksion xəstəliklərinin diaqnostikası və müalicəsi
— Menstruasiya dövrü və pozulma problemləri
— Yumurtalıq kistaları
— Uşaqlığın xoşxassəli xəstəlikləri
— Genital estetika
— Hamiləlikdən qorunma yolları
— Endokrin sonsuzluğun diaqnostikası və müalicəsi
— Diaqnostik və cərrahi histeroskopiya
— Diaqnostik və cərrahi laparoskopiya
DOĞUŞ TARİXİNİ HESABLA
Son menstruasiya (aybaşı) tarixini yazın
(misal üçün: 30.12.2016)
HESABLA
FOTO ALBOM
ƏN ÇOX OXUNAN MƏQALƏLƏR