Preeklampsiya-Müalicə və Profilaktikası

Preeklampsiya /eklampsiya bütün dünyada ana və yenidoğulmuşların əsas ölüm səbəbidir.
Ağırlaşmaları:
- Eklampsiya (qıcolmalar, koma, beyinə qansızma, ağciyərlərin ödemi ilə nəticələnən ağır vəziyyət )
- Ciftin qopması
- Ağır qanaxmalar
- İnsult, tromboemboliya
- Dölün inkişaf ləngiməsi
- Dölyanı mayenin azalması
- Vaxtından əvvəl doğuş
RİSK FAKTORLARI
- Çoxdöllü hamiləlik
- Xroniki böyrək xəstəlikləri
- 1 və ya 2 tip şəkərli diabet
- Hipertoniya (yüksək təzyiq )
- Autoimmun xəstəliklər (qırmızı qurd eşənəyi, antifosfolipid sindrom )
MÜALİCƏ VƏ PROFİLAKTİKA
ASPİRİN -dünyada preeklampsiyanın profilaktikasında effekti sübut olunmuş yeganə preparatdır. Kurantil, Aktovegin, Tivortin, Vitse E, Vit C, balıq yağı və s. -bu preparatların effektivliyi sübut olunmamışdır və qətiyyən heç bir effekti yoxdur. Hamiləliyə qədər bədən çəkisinin normaya salınması da faydalı tıdbirlərdəndir.
Preeklampsiyadan heç kim sığortalanmayıb, hətta aspirin qəbul edən xanımlar belə 100 % sığortalı deyil. Preeklampsiyanın yeganə və tam müalicəsi doğumdur belə ki - bu sırf hamiləliyə cavab olaraq yaranan bir vəziyyətdir. Hamiləlik sonlanan kimi preeklampsiya da sonlanacaq.
#ginekoloq #qadın hekimi #sonsuzluq #sinexiyalar #vaginal axıntı # tebii doğum


