Hamiləlikdə dişlərin müalicəsi

HAMİLƏLİYİN HANSI DÖVRÜNDƏ DİŞLƏR MÜALİCƏ EDİLƏ BİLƏR?
- İlk 3 ayında uşağın orqanları formalaşdığı üçün bu həftələrdə yaranan hər hansı bir infeksiya uşağa mənfi təsir edə bilər. Lakin şiddətli ağrıya səbəb olan və müdaxilə edilməsi gərəkən bir vəziyyət varsa diş çəkilə bilər. Diş həkimi düzgün keyitmə ilə dişinizi çəkə və ya kanalı doldura bilər.
- İkinci üç aylıq dövr -bu dövr diş çəkimi və müalicəsi üçün ən uyğun dövrdür.
- Üçüncü üç aylıq dövr - bu dövrdə uşaq ana qarnında çox böyümüşdür və aşırı stress doğuma səbəb ola bilər. Bu səbəbdən də təcili müdaxilə gərəkmədikcə diş müalicənizi doğumdan sonraya saxlayın.


