Polikistoz yumurtalıqlar sindromu

Polikistoz yumurtalıqlar sindromu
Yumurtalıqların polikistoz sindromu - METOBOLİZM pozğunluğu (əksərən piylənmə və insulinərezistentlik ), yumurtalıqların funksiya və struktur pozğunluğu, menstrual və reproduktiv funksiya pozğunluğu ilə xarakterizə olunan simptomlar kompleksidir. Mən nahaq yerə ilk sırada METOBOLİZM pozğunluğunu qeyd etmədim. Polikistoz yumurtalıqlar və ya uşaqlığın xəstəliyi deyil, bu ümumi orqanizmin xəstəliyidir ki, burada birinci yerdə maddələr mübadiləsi pozğunluğu durur. Bunu xüsusi olaraq qeyd edim ki, 50 % hallarda metobolizm pozğunluğu normal bədən çəkisi fonunda olur.
Polikistoz -sizin menstrual tsiklinizə, fertilliyinizə, hormonlarınıza və xarici görünüşünüzə təsir edən bir vəziyyətdir.

POLİKİSTOZ YUMURTALIQLAR NƏDİR?
Polikistoz yumurtalıqlar normal yumurtalıqlardan ölçücə bir qədər böyükdür və normadan 2 dəfə çox follikula malikdirlər.
Usm müayinədə polikistoz (və ya multifollikulyar) yumurtalıqların olması sizdə polikistoz sindromu var demək deyildir. Yalnız sizin simptomlarınız +USM +hormonal müayinələrin nəticələri xəstəlik haqqında şübhələnməyə və yekun diaqnoz qoymağa əsas verə bilər.

Beləliklə polikistoz yumurtalıqlar simptomları hansılardır?
- Menstrual tsiklin oliqo və ya amenoreya (azalması və ya uzun müddət olmaması ) tipdə pozulması
- Üzdə və bədəndə tüklənmənin artması (hirsutizm )
- Saçlarda yağlanma və tökülmə
- Artıq çəki, tez çəki artımı və arıqlamada çətinlik
- Yağlı dəri və sızanaqlar
- Hamilə qalmaqda çətinlik

Simptomlar çox müxtəlifdir. Bəzi qadınlarda bunların bir neçəsinə rast gəlirik, bəzilərində isə sadalananların hamısı birdən ola bilər. Polikistoz əksərən qadınların hamilə qalmasına problem yaradır.

Polikistoza səbəb nədir?
Dəqiq səbəb tam məlum deyil və xəstəlik əksərən ailəvi xarakter daşıyır. Simptomlar hormonların qeyri normal səviyyəsi ilə əlaqəlidir.
Testesteron bütün qadınların yumurtalıqlarında az miqdarda sintez olunan hormondur. Polikistoz yumurtalıqları olan qadınlarda testesteronun səviyyəsi nisbətən daha yüksək olur.
XİDMƏTLƏR
— Hamiləlik konsultasiyası və doğum (təbii və ya keysəriyyə)
— Kiçik çanaq üzvlərinin iltihabi xəstəlikləri
— Sonsuzluğu yaradan səbəblərin aşkarlanması
— Uşaqlıq boynu patalogiyalarının diaqnostikası və müalicəsi
— Vaginanın infeksion xəstəliklərinin diaqnostikası və müalicəsi
— Menstruasiya dövrü və pozulma problemləri
— Yumurtalıq kistaları
— Uşaqlığın xoşxassəli xəstəlikləri
— Genital estetika
— Hamiləlikdən qorunma yolları
— Endokrin sonsuzluğun diaqnostikası və müalicəsi
— Diaqnostik və cərrahi histeroskopiya
— Diaqnostik və cərrahi laparoskopiya
DOĞUŞ TARİXİNİ HESABLA
Son menstruasiya (aybaşı) tarixini yazın
(misal üçün: 30.12.2016)
HESABLA
FOTO ALBOM
ƏN ÇOX OXUNAN MƏQALƏLƏR