Süd vermə zamanı hansı dərmanları qəbul etmək olar?

 Süd vermə zamanı hansı dərmanları qəbul etmək olar?
Statistikaya görə hər 4 qadından biri körpəsini dünyaya gətirdikdən sonra bu və ya digər səbəbdən süd verməkdən imtina etmək məcburiyyətində qalır. Bu səbəblər arasında ilkin yeri ananın hər hansısabir xəstəlik səbəbindən dərman qəbul etməsi durur. İnfeksion, autoimmun, allergik, endokrin və s. kimi xəstəliklər var ki, ana məcburdur dərman qəbul etməyə və bu dərmanların uşaq üçün təhlükəsizliyi əlbəttə böyük narahatlıq yaradır.

İndi isə keçək əsas momentə. Hər hansı preparatın süd vermə zamanı istifadə edib etməməyimizi biz dərmanın içlik vərəqindən öyrənirik. Əslində isə əksər dərman kompaniyaları bu sahədə heç bir təcrübə aparmırlar. Birincisi bu çox bahadır, ikincisi bu punkt qanunla məcbur deyil. Bunagörə də, bu cümləyə əksər dərmanların göstərişlərində rast gəlirik "Dərmanın təyini zamanı laktasiya dayandırılmalıdır. "Bu cümlə ilə kompaniyalar hüquqi olaraq özlərini müdafiə etmiş olurlar.

Əslində isə çox preparat vardır ki, onların laktasiya zamanı qəbulu həqiqətən də əks göstərişdir.

Dünyada bu sualların detallı öyrənilməsi ilə məşğul olan orqanizasiyalar var. Zənnimcə ən yaxşısı -www.elactancia.orq saytıdır. Burada axtarış sətrinə sizi maraqlandıran preparatı daxil edirsiz və bu preparatın laktasiya dövründə qəbul edilib edilməməsi barədə daha dəqiq məlumat əldə edə biləcəksiz. Ümid edirəm ki, post bir çoxlarına yararlı olacaqdır.
XİDMƏTLƏR
— Hamiləlik konsultasiyası və doğum (təbii və ya keysəriyyə)
— Kiçik çanaq üzvlərinin iltihabi xəstəlikləri
— Sonsuzluğu yaradan səbəblərin aşkarlanması
— Uşaqlıq boynu patalogiyalarının diaqnostikası və müalicəsi
— Vaginanın infeksion xəstəliklərinin diaqnostikası və müalicəsi
— Menstruasiya dövrü və pozulma problemləri
— Yumurtalıq kistaları
— Uşaqlığın xoşxassəli xəstəlikləri
— Genital estetika
— Hamiləlikdən qorunma yolları
— Endokrin sonsuzluğun diaqnostikası və müalicəsi
— Diaqnostik və cərrahi histeroskopiya
— Diaqnostik və cərrahi laparoskopiya
DOĞUŞ TARİXİNİ HESABLA
Son menstruasiya (aybaşı) tarixini yazın
(misal üçün: 30.12.2016)
HESABLA
FOTO ALBOM
ƏN ÇOX OXUNAN MƏQALƏLƏR