Preeklampsiya Nədir?

Preeklampsiya Nədir?
Bu gün yenə hamiləlik haqqında danışacam. Sevirəm hamilələri neyləmək olar wink Niyə hamiləlikdə hər zaman təzyiqə kontrol olunmalı və sonsuz sayda sidik analizləri niyə verilməlidir?
Bu günki postum PREEKLAMPSİYA.
Beləliklə arterial təzyiq kontrolu çox vacibdir. Damar spazmı hesabına yaranan arterial təzyiq ananın bütün daxili orqanlarının işinin pozulmasına və ən vacibi uşaqlıq -cift - döl arasındakı qan dövranının pozulmasına gətirib çıxarır. Bu zaman uşaq yetəri qədər oksigen və qidalı maddələr ala bilmir bu da onun inkişaf geriliyinə, dölyanı mayenin azalmasına, göbək arteriyasında qan dövranının azalmasına gətirib çıxarır. Hər səfərdə arterial təzyiqin ölçülməsi +sidik analizi preeklampsiyanın vaxtında aşkarlanması üçündür. İlkin olaraq hipertenziya və preeklampsiyanı ayırd edək -Hipertenziya A/t >140/90 hamiləliyə qədər və ya hamiləliyin 20 ci həftəsinə qədər aşkarlanır .
Preeklampsiya A/t >140/90 Proteinuriya -sutkalıq sidikdə >0,3 q/l zülal aşkarlanması !! Preeklampsiya diaqnozu -yalnız o zaman qoyulur ki, sizdə hamiləliyə qədər hər zaman normal təzyiq olub və yalnız 20 ci HƏFTƏDƏN SONRA A/T QALXIB VƏ SİDİKDƏ ZÜLAL AŞKARLANIB !!
Preeklampsiya niyə yaranır ??-hələki bu sualın birmənalı cavabı yoxdur. Əksər alimlər bu fikirlə razılaşır ki, səbəb uşaqlıq və cift arasında yerləşən damarların anomaliyasıdır.
XİDMƏTLƏR
— Hamiləlik konsultasiyası və doğum (təbii və ya keysəriyyə)
— Kiçik çanaq üzvlərinin iltihabi xəstəlikləri
— Sonsuzluğu yaradan səbəblərin aşkarlanması
— Uşaqlıq boynu patalogiyalarının diaqnostikası və müalicəsi
— Vaginanın infeksion xəstəliklərinin diaqnostikası və müalicəsi
— Menstruasiya dövrü və pozulma problemləri
— Yumurtalıq kistaları
— Uşaqlığın xoşxassəli xəstəlikləri
— Genital estetika
— Hamiləlikdən qorunma yolları
— Endokrin sonsuzluğun diaqnostikası və müalicəsi
— Diaqnostik və cərrahi histeroskopiya
— Diaqnostik və cərrahi laparoskopiya
DOĞUŞ TARİXİNİ HESABLA
Son menstruasiya (aybaşı) tarixini yazın
(misal üçün: 30.12.2016)
HESABLA
FOTO ALBOM
ƏN ÇOX OXUNAN MƏQALƏLƏR