Uşaqlıqdan kənar hamiləlik - Boru hamiləliyi

Uşaqlıqdan kənar hamiləlik - Boru hamiləliyi
Uşaqlıqdan kənar hamiləlik nədir və nə zaman baş verir? Uşaqlıqdan kənar hamiləlik (ektopik hamiləlik ) embrionun uşaqlıqdan kənarda bir yerdə inkişaf etməsi nəticəsində baş verir. Normada əlaqə sonrası vaginaya daxil olan hərəkətli spermlər uşaqlıq boynu və uşaqlıqdan keçərək borulara keçir. Əgər yumurtlama olubsa borular bu yumurtanı tutur. Spermlərdən biri yumurtanın içinə daxil olur və onu dölləndirir. Döllənən yumurta uşaqlığa doğru yol alır. Bu yol təxmini 1 həftə çəkir və yumurta uşaqlığın içərisinə düşərək ən uyğun yerə yapışır. Bu yolda hər hansı problem yaranarsa embrion uşaqlıqdan başqa bir yerdə, əksərən borularda yerləşir. Buna uşaqlıqdan kənar(ektopik ) hamiləlik deyilir .

- Uşaqlıqdan kənar hamiləlik harada baş verir?
Əksərən borularda olur, lakin uşaqlıq boynunda, yumurtalıqlarda, qarın boşluğunda da rastlana bilər.

MÜALİCƏSİ :
2 növ müalicə vardır.
1. Cərrahi müalicə -açıq və ya qapalı (laparoskopik ) əməliyyat oluna bilər. Bu zaman boru ya götürülür ya da içindəki hamiləlik kisəsi çıxarılaraq boru saxlanılır. Buna vəziyyətdən asılı olaraq əməliyyat müddətində qərar verilir.
2. İkinci metod -dərman müalicəsidir. Bu metod erkən diaqnoz qoyulduqda -boru zədələnməmiş tətbiq oluna bilər.
XİDMƏTLƏR
— Hamiləlik konsultasiyası və doğum (təbii və ya keysəriyyə)
— Kiçik çanaq üzvlərinin iltihabi xəstəlikləri
— Sonsuzluğu yaradan səbəblərin aşkarlanması
— Uşaqlıq boynu patalogiyalarının diaqnostikası və müalicəsi
— Vaginanın infeksion xəstəliklərinin diaqnostikası və müalicəsi
— Menstruasiya dövrü və pozulma problemləri
— Yumurtalıq kistaları
— Uşaqlığın xoşxassəli xəstəlikləri
— Genital estetika
— Hamiləlikdən qorunma yolları
— Endokrin sonsuzluğun diaqnostikası və müalicəsi
— Diaqnostik və cərrahi histeroskopiya
— Diaqnostik və cərrahi laparoskopiya
DOĞUŞ TARİXİNİ HESABLA
Son menstruasiya (aybaşı) tarixini yazın
(misal üçün: 30.12.2016)
HESABLA
FOTO ALBOM
ƏN ÇOX OXUNAN MƏQALƏLƏR