Ağrısız doğum nədir? Necə mümkündür
Epidural anesteziya -Xüsusi iynələrlə fəqərələr arasına keçərək epidural aralığa keyləşdiricimaddə verilir və beləliklə ağrı siqnallarının beyinə çatmasının qarşısı alınır. Epidural anesteziya normal doğum sancısını azaltmaq üçün (ağrısız doğum )istifadə edildiyi kimi, keysəriyyə əməliyyatızamanı da istifadə edilir. Epidural anesteziya oturaq və ya uzanaqlı vəziyyətdə edilə bilər. Hamiləyə uyğun pozisiya verildikdən sonra iynənin girəcəyi nahiyə antiseptik məhlullasilinir, sonra iynənin daxil olacağı nöqtə təyin edilir və bu nahiyə də yerli keyləşdirilir daha sonra iynə ilə epidural boşluğa girilir və dərman yeridilərək bir dəfəyə 4-5 saatlıq keyitmə olunur. Müddəti uzatmaq gərəkərsə xüsusi kateter vasitəsilə əlavə olaraq yenə dərman yeridilir.
- Epidural anesteziya ilə ağrısız doğum-yığılmalar zamanı yaranan sancını hiss etmənizin qarşısını alır. Beləliklə doğumunuzu ağrısız və daha az psixoloji travma ilə həyata keçirmiş olursuz. Onu da qeyd edim ki, ağrısız doğum zamanı ananın şüuru tam aydın olur.