Doğumun yaxınlaşdığını göstərən əlamətlər
1. Rahatlanma- uşaq qarının aşağı hissəsinə kiçik çanağa doğru irəlilədiyi üçün diafraqma üzərindən basqı azalır və daha rahat nəfəs ala biləcəksiz.
2. Selik gəlməsi -hamiləlik dövründə uşaqlıq boynu kanalında olan qatı selik təbəqəsi infeksiyanın uşaqlığa doğru qalxmasının qarşısını alır. Doğuma yaxınlaşdıqca uşaqlıq boynunun nazilməsi və açılması səbəbindən bu selik tıxacı atılır. Bu əksərən qanlı tünd bir axıntı şəklində olub, doğumdanbir neçə saat və ya bir neçə gün öncə atılır.
3. Su gəlməsi - bəzi hamilələrdə su kisəsi doğumdan öncə yırtılır və vaginadan bir miqdar su xaric olur. Xüsusilə də hamiləliyin son dövründə sidik qaçırma çox olduğu üçün gələn mayenin sidik olmadığını dəqiqləşdirmək üçün həkiminizə müraciətedin.
4. Doğum sancıları -hamiləliyin son aylarındaqarının aşağısı və qasıqda düzənsiz ağrılar yaranır. Lakin bunlar qısa müddətli olur, vəziyyəti dəyişdikdə keçir. Bunlar yalançı doğum sancılarıdır. Doğuma yaxınlaşdıqca yalançı ağrılar həqiqi ağrılara əvəz olunur. Həqiqi doğum sancıları daha şiddətli olur beldən başlayıb qarına yayılır, qarında sərtləşmə verir, daha uzun çəkir (30-60saniyə),düzənli aralarla tutur, keçmir gedərək artır. 5 dəqiqədəb bir gələn və 1 dəqiqə çəkən sancı və ya su gələrsə mütləq şəkildə xəstəxanaya gedirsiz.
5. Uşaqlıq boynunda yumşalma -hamiləliyin son ayında uşaqlıq boynu yumşalır. Bu uşaqlıq boynunun daha rahat açılmasına işarədir
6. Uşaqlıq boynunda genişlənmə (açıqlıq ). Hamiləliyin son dönəmində uşaqlıq boynu açılmağa başlayır. Həkim bunu vaginal müayinə ilə təyin edir və sm lə ifadə edir. Doğumun baş verməsi üçün uşaqlıq boynunda tam açılma (10sm )və tam yumşalma olmalıdır.
Hamiləliyin son dövründə uşağın hərəkətlərinin bir qədər azalması normal qəbul edilir. Ancaq hərəkətlərdə nəzərə çarpan azalma varsa (1 saatda 10 dan az )mütləq həkiminizlə əlaqə saxlayın .