Rezus konflikt nədir?

Rezus konflikt nədir?
Rezus konflikt müxtəlif ağırlaşmalara səbəb ola biləcək hemoliktik pozğunluqdur. Nəticədə yenidoğulmuşun sarılıq xəstəliyi, düşük, vaxtından əvvəl doğuş, ölü doğum kimi fəsadlar yarada bilər.
Rezus konfliktə səbəb nədir?
Dölün müsbət qanı ananın mənfi Rh ı üçün ciddi təhlükədir və ananın orqanizmi bununla mübarizə etmək üçün antitellər istehsal etməyə başlayır və nəticədə bu antitellər də dölün eritrositləri (qırmızı qan hüceyrələri) ilə reaksiyaya girərək onları parçalayır. Bu proses hemoliz adlanır. Ananın və dölün qanı uşaqlıq və cift arasındakı sahədə qarşılaşır. Məhz bu yerdə mübadilə baş verir: dölün qanına oksigen və qidalı maddələr, ananın qanına dölün həyat fəaliyyəti məhsulları keçir. Eyni zamanda eritrositlərin müəyyən bir hissəsi də yerlərini dəyişir. Bu şəkildə dölün müsbət hüceyrələri ananın qanında, ananın mənfi hüceyrələri də dölün qanında yerləşir. Eynən bu şəkildə də dölün qanına antitellər də keçir. Yeri gəlmişkən həkimlər çoxdan qeyd edirlərki, rezus konflikt ilk hamiləlikdə çox nadirən baş verir. Bu nəilə əlaqəlidir? Hər şey çox sadədir. Ana ilə döl qanının ilk "görüşündə" IgM tipli antitellər yaranır. Bu antitellərin ölçüsü kifayət qədər böyükdür. Bunagörə də çox nadirən və çox az miqdarda onlar dölün qanına keçir və bu səbəbdən də problem yaranmır. Təkrar hamiləliklərdə rezus konflikt ehtimalı kifayət qədər yüksəlir. Belə ki, təkrar qarşılaşmada ana orqanizmi artıq başqa tipli yəni İgG tipli antitellər istehsal edir. Bunların ölçüsü daha kiçik olduğu üçün maneəsiz dölün qanına keçə bilir. Nəticədə dölün orqanizmində davamlı hemoliz prosesi gedir. Dölün orqanizmində hemoqlobinin parçalanma məhsulu olan bilirubin toplanır.
Necə profilaktika olunmalı?
İmmunoqlobulin hər hamiləliyin 28 həftəsində (antitellər yoxsa! ! ! ) və hər doğumdan sonra (dölün qanı müsbətsə ) 72 saat ərzində yeridilməlidir.
Qanda antitellər varsa iynə kömək etməyəcək!
Sensibilizasiyalı hamilələrdə requlyar olaraq antitellərin səviyyəsi təyin olunmalı və usm- də uşağın vəziyyəti izlənməlidir.
XİDMƏTLƏR
— Hamiləlik konsultasiyası və doğum (təbii və ya keysəriyyə)
— Kiçik çanaq üzvlərinin iltihabi xəstəlikləri
— Sonsuzluğu yaradan səbəblərin aşkarlanması
— Uşaqlıq boynu patalogiyalarının diaqnostikası və müalicəsi
— Vaginanın infeksion xəstəliklərinin diaqnostikası və müalicəsi
— Menstruasiya dövrü və pozulma problemləri
— Yumurtalıq kistaları
— Uşaqlığın xoşxassəli xəstəlikləri
— Genital estetika
— Hamiləlikdən qorunma yolları
— Endokrin sonsuzluğun diaqnostikası və müalicəsi
— Diaqnostik və cərrahi histeroskopiya
— Diaqnostik və cərrahi laparoskopiya
DOĞUŞ TARİXİNİ HESABLA
Son menstruasiya (aybaşı) tarixini yazın
(misal üçün: 30.12.2016)
HESABLA
FOTO ALBOM
ƏN ÇOX OXUNAN MƏQALƏLƏR