ENDOMETRIOZ
Endometrioz - 25-40 yaş qadınlar arasında kifayət qədər yayılmış xoş xassəli xəstəlikdir. Endometrioz endometrium hüceyrələrinin uşaqlığın endometrium qatından kənara sirayət etməsidir. Endometrium toxuması hormonlara həssas olduğu üçün tsiklik qanamalara məruz qalır. Bu kiçik qanamalar ətraf toxumanın iltihabına və xəstəliyin əsas simptomlarının ağrı, orqanın həcminin böyüməsi, sonsuzluğa səbəb olur. Pataloji toxuma cinsi orqanlarda (uşaqlıq boruları və yumurtalıqlar da daxil olmaqla) və eləcə də bağırsaq, sidik kisəsi, əməliyyatdan sonrakı çapıqlar, ağciyər toxuması hətta gözlərdə də rast gəlinə bilir. Xəstəliyin səbəbi indiyədək dəqiq təyin olunmamışdır . İrsiyyət müəyyən rol oynayır.
Risk faktorları -çətin doğum, uşaqlıqda aparılan əməliyyatlar, abortlar və s.
Simptomlar-ağrılı menstruasiya, kiçik çanaq nahiyəsində ağrı, sonsuzluq, aybaşı önü və sonrası qəhvəyi axıntılar, uşaqlıq qanamaları.
Təkrarlanan qanamalar anemiyalar və nəticədə halsızlıq, başdönmə, qulaqda küy, təngnəfəslik və s simptomlara səbəb olur.
Xəstəliyin ən qorxulu ağırlaşması maleqnizasiyadır (endometrioid toxumanın bəd xassəli toxumaya çevrilməsidir).
Endometriozun müalicəsi xəstəliyin ağırlığından asılı olaraq medikamentoz və ya cərrahi ola bilər.
Cərrahi müalicə endometroid düyünlər, endometrioz mioma ilə yanaşı olursa endometrioid kistalar və s. zamanı tətbiq olunur.
Xəstəlik nə qədər erkən aşkarlanarsa müalicə bir o qədər uğurlu olacaqdır. Buna görə də profilaktik məqsədlə requlyar həkim müayinəsi məsləhətdir.