Uşaqlıq daxili sinexiyalar
Uşaqlıq daxili sinexiyalar - uşaqlıq boşluğunun tam və ya hissəvi bitişməsinə səbəb olan birləşdirici toxuma dəyişikliyidir. Sinexiyaların əsas yaranma səbəbi - infeksiyalar, uşaqlığın iltihabi xəstəlikləri, selikli qişanın abort və ya başqa səbəbdən qaşınmasıdır. Sinexiyaların ən ağır fəsadı sonsuzluq və düşüklərdir. Uşaqlığın daxilində yaranan bitişmələr spermanın yumurta hüceyrəyə tərəf hərəkətinə mane olur. Uşaqlığın daxilindəki selikli qişanın birləşdirici toxuma ilə əvəz olunması embrionun uşaqlıq divarına inplantasiyasına maneə yaradır. Bu patalogiyanın diaqnostikası HSQ, (histerosalpinqoqrafiya), USM, Histeroskopiya vasitəsilə oluna bilər.
Sinexiyaların müalicəsi yalnız cərrahi yolla mümkündür. Histeroskop altında bitişmələr aralanır və daha sonra medikamentoz müalicə ilə uşaqlığın daxili qatı bərpa olunur.