Uşaqlığın mioması

Qadınlar arasında rast gəlmə tezliyi 20 - 25%dir. Miomalar tək və çoxlu sayda ola bilər. Adətən reproduktiv dövr xəstəliyi olub, menopauza dövründə ölçüləri kiçilir. Az hallarda miomalar menopauza dövründə böyüməyə davam edir. 2-3% hallarda miomalar uşaqlıq boşluğuna doğru inkişaf edərsə sonsuzluğa səbəb ola bilər.
Əlamətləri :
- Aybaşı qanamasının çoxalması
- Aybaşı arası qanamalar
- Tez-tez sidiyə getmə
- Uşaqlıq borusunu sıxan miomlar sonsuzluğa səbəb ola bilər
- Qanamalarla əlaqəli anemiyalar
- Bel, qasıq ağrıları
- Təkrarlanan düşüklər
Miomaların müalicəsi miomaların ölçüsünə, sayına, yerləşdiyi nahiyəyə, qadının yaşına əsasən seçilir. Hamiləlik planlaşdıran qadınlarda orqan saxlayıcı miomektomiya əməliyyatı icra olunur. Hamiləlik planlaşdırmayan yaşı 40 dan yuxarı olan, qanamaları olan, intensiv böyüyən miomalar zamanı uşaqlıq tamamilə götürülür.


