Hipotireoz

Qalxanabənzər vəzidə sintez olunan tireoid hormonları birbaşa metobolizm proseslərində iştirak edirlər. Bundan başqa bu hormonlar orqanizmdə bəzi hüceyrələrin bölünməsində və böyüməsində iştirak edirlər. Məsələn tireoid hormonların iştirakı olmadan sümük toxuması inkişaf etmir, dəri və saç hüceyrələri yenilənmir.
Hipotireozun yaranma səbəbləri :
- Qəbul olunan qidada yod və digər nutrientlərin çatışmazlığı
- Qalxanabənzər vəzinin virus və ya bakterial infeksiyalarla zədələnməsi
- Anadangəlmə qalxanabənzər vəzi anomaliyaları
- Qalxanabənzər vəzini idarə edən hipofiz vəzinin zədələnməsi
- Hipotalamo-hipofizar sistemin şişləri
Hipotireoz özünü necə göstərir:
- Saçların tökülməsi
- Ürək döyüntülərin azalması (bradikardiya)
- Daimi yorğunluq hissi
- Anovulyasiya (ovulyasiyanın olmaması)
- Sonsuzluq
- Depressiya
- Bədən çəkisinin artması
Hipotireozun əksərən yayılma səbəbi xroniki autoimmun tireoiditdir. Bu zaman tireotrop hormonun -TSH konsentrasiyası qalxır və ümumi T4 konsentrasiyası azalır. Hipotireoz xüsusiləqadınların reproduktiv funksiyana mənfi təsir göstərir - menstrual tsikli pozur, anovulyasiyalara səbəb olur. Hamiləlik baş verdiyi hallarda hipotireoz zamanı əksərən belə hamiləliklər ya düşük ya da inkişafdan qalma ilə nəticələnir.
Hipotireoza şübhə zamanı aparılan müayinələr :
- TSH, T4və T3 sərbəst
- TPO qarşı antitellər
- Tireoqlobulinə qarşı antitellər
- Qalxanabənzər vəzi USM i
- Hipertireoz zamanı müalicə - sintetik tireoid hormonlarla əvəzləyici hormonal terapiya.


