Hipertireoz
Hipertireozun kliniki göstəriciləri :
- Saçların tökülməsi
- Gözlərin bərəlməsi
- Taxikardiya (ürək döyüntülərinin tezləşməsi)
- Əllərdə tremor (əsmə)
- Qalxanabənzər vəzinin böyüməsi
- Boğulma
- Təngnəfəslik
- Çəkinin azalması
- İştahanın artması
- Tərləmənin artması
- Əsəbilik
- Əhval ruhiyyə dəyişkənliyi
- Yuxu pozğunluğu
Hipertireoz çox az hallarda sonsuzluğa və fertilliyin aşağı düşməsinə gətirib çıxarır. Eyni zamanda pataloji tireotoksikoz hamiləlik zamanı nadir olaraq rastlanır.
Döldə qalxanabənzər vəzi 4-5 həftəsində formalaşmağa başlayır və 12 həftəsindən öz hormonlarını sintez etməyə başlayır. Buna görə də bu müddətə qədər dölün bətndaxili inkişafı ananın qalxanabənzər vəzisinin fəaliyyətindən asılıdır. Bu səbəbdən qadınlarda ortalama 16 həftəyə qədər tranzitor hipertireoz yarana bilir və sonradan dölün öz vəzisi normal fəaliyyətə başladıqdan sonra keçib gedir. Bu vəziyyət heç bir müalicə tələb etmir. Diffuz zob fonunda proqressivləşən hipertireoz daha təhlükəli sayılır. Əgər qadın vaxtında müalicə almasa aşağıdakı ağırlaşmalar mümkündür.
- Vaxtından əvvəl doğuş
- Döldə çəki azlığı
- Yenidoğulmuşun hipertireoz xəstəliyi
Vaxtında müalicə terapiyası başlanarsa belə ağırlaşmaların qarşısı alına bilər. Hamilələrə minimal dozada preparatlar təyin olunur, onlar çox az miqdarda plasentadan keçir və dölün qalxanabənzər vəzisinə minimal təsir göstərir. Çox nadirən ağır hallarda hamiləlik zamanı cərrahi əməliyyat gərəkə bilər. Əksərən belə müdaxilələr hamiləliyin ikinci trimestrində aparılır. Buna görə də hamiləlik planlaşmasına çox ciddi yanaşılmalı və hormonlar vaxtında yoxlanmalıdır.


