Hiperprolaktinemiya (Yüksək prolaktin)
-Qalaktoreya (süd vəzisindən süd gəlmə )
-Uzun müddətliaybaşı gecikməsi (hətta 6 aya qədər davam edə bilər )
-Sonsuzluq (hiperprolaktinemiya zamanı hamiləlik baş vermir çünki bu zaman yumurtalıqlarda ovulyasiya baş vermir )
Yüksək prolaktinin səbəbləri nə ola bilər?
-Hipofizin və ya Hipotalamusun xəstəlikləri (şiş, travma, şüalanma, əməliyyat və s ).Prolaktin səviyyəsi normadan bir neçə dəfə çox artarsa mütləq MRT müayinə olunmalıdır.
-Birincili hipotireoz
-Qaraciyər sirrozu
-Xroniki böyrək çatışmazlığı
-Böyrəküstü vəzi çatışmamazlığı
-İntensiv idman, xroniki uzunmüddətli stress
-Yumurtalıqların Polikistoz Xəstəliyi
-Autoimmun xəstəliklər (qırmızı qurd eşənəyi, revmotoid artrit )
-Bəzi dərman preparatlarının qəbulu (qıcolma əleyhinə, antihistamin, hipotenziv, KOK, anti depressantlar və s )
Hiperprolaktinemiyanın təyini çox sadədir . Səhər ac qarına qanda prolaktin səviyyəsi təyin edilir. Analiz nəticələrində qanda prolaktinin səviyyəsi yüksəksə yanaşı qalxanabənzər vəzinin müayinəsi mütləqdir. Hiperprolaktinemiya düzgün yanaşma olarsa çox rahat müalicəyə tabe olur. Prolaktin normal səviyyəyə düşür və yumurtalıqlarda ovulyasiya, normal menstrual tsikl bərpa olunurvə hamiləlik baş verməsi mümkün olur. Müalicə adətən uzunmüddətlidir belə ki, dərman preparatlarını dayandırdıqdan sonra 80 -90 %qadınlarda prolaktin yenidən yüksəlir. Müalicənin effektiüçün preparatın düzgün dozada seçilməsi və vaxtaşırı prolaktin səviyyəsinin yoxlanması gərəkdir.


