Erkən hamiləlik düşükləri

Erkən hamiləlik düşükləri
Bir çox qadınlar üçün düşük həqiqətən də böyük faciədir və sonsuz müayinə və müalicələr üçün səbəbdir. Beləliklə erkən düşük nədir? Nə üçün baş verir? Kimlər risk qrupuna daxildir? Necə diaqnostika etmək? Təkrarlanan düşüklərdə nə etməli?
Hamiləliyin 12 həftəsinə qədər pozulması erkən düşük adlanır. Əksərən düşük qarnın aşağısında ağrı və qanlı axıntılarla müşaiyət olunur, lakin bəzən hamiləlik inkşafdan dayanır və günlərlə özünü heç nə ilə biruzə vermir. Belə halda inkişafdan qalmış hamiləlik diaqnozu USM zamanı diaqnostika olunur.

Bu niyə baş verir?
Əksər hallarda 100 %səbəb demək mümkün deyilki, hamiləlik niyə inkişafdan dayandı və ya niyə qəflətən düşük baş verdi. Ən çox yayılmış səbəb xromosom anomaliyalarıdır. Erkən düşüklərin 70 -80% səbəbi genetik mutasiyadır. Siz çox təəccüblənəcəksiz, lakin erkən düşüklər kifayət qədər çox yayılıb. Düşüklərin bir çoxu hamiləlik təyin olununa qədər baş verir, yəni menstrual gecikməyə qədər, hamiləlik testi təyin olunana qədər baş verir.
Hamiləliyin birinci trimestrində ilk 12 -13 həftədə hər 5 qadından birində bu və ya digər səbəbdən düşük baş verir. Erkən düşük riski yaşla artır. 40 yaşa qədər risk 20%, 40 yaşdan sonra 50% və daha çox təşkil edir. Müxtəlif növ xroniki xəstəliklər (şəkərli diabet, hipotireoz və s) .
Hamiləlikdə cinsi əlaqə düşüyə səbəb deyil.

Düşük necə diaqnostika olunur?
- Ginekoloji müayinə
- Usm müayinə (qeyd edimki, vaginal datçik düşüyə səbəb deyil )
- Qanda XQ təyini təklif oluna bilər.
Düşükdən sonra 1-2-3 həftə ərzində qanlı ifrazat mümkündür. Bir qayda olaraq axıntı azdır və tünd qəhvəyi rəngdədir. Növbəti normal mensturasiya 4-6 həftə sonra başlayacaqdır. Qeyd etdiyim kimi hər 5 qadından birində baş verə bilər bu hal. 90% hallarda oxşar hadisə təkrarlanmır və qadın dünyaya tam sağlam övlad gətirə bilər.

Düşükdən sonra cinsi əlaqə nə vaxt mümkündür?
Qanlı axıntı və qarnın aşağısındakı ağrılar bitdikdən sonra, özünüzü hazır hiss etdiyiniz andan cinsi əlaqə mümkündür.

Təkrar hamiləlik nə vaxt planlana bilər?
Bu günki gün təkrar hamiləliyi məhdudlaşdıran elmi sübutlar yoxdur. Mənəvi və fiziki olaraq özünüzü hazır hiss etdiyiniz vaxtdan təkrar hamiləlik planlana bilər. Yalnız 1-2% ailələrdə bu problemlə təkrar -təkrar qarşılaşa bilirik. Belə halda tam müayinələr olunmamış və müalicə edilməmiş hamiləlik planlanmamalıdır.

Növbəti hamiləlik planlanması zamanı nə etməliyik?
Hamiləlik planlanan dövrdə sinir borusu defektinin yaranma riskini aşağı salmaq üçün hamiləliyin 12 həftəsinə qədər günlük 400 mkq fol turşusu qəbuluvə tam balanslaşdırılmış qida qəbulu tövsiyyə edilir.
XİDMƏTLƏR
— Hamiləlik konsultasiyası və doğum (təbii və ya keysəriyyə)
— Kiçik çanaq üzvlərinin iltihabi xəstəlikləri
— Sonsuzluğu yaradan səbəblərin aşkarlanması
— Uşaqlıq boynu patalogiyalarının diaqnostikası və müalicəsi
— Vaginanın infeksion xəstəliklərinin diaqnostikası və müalicəsi
— Menstruasiya dövrü və pozulma problemləri
— Yumurtalıq kistaları
— Uşaqlığın xoşxassəli xəstəlikləri
— Genital estetika
— Hamiləlikdən qorunma yolları
— Endokrin sonsuzluğun diaqnostikası və müalicəsi
— Diaqnostik və cərrahi histeroskopiya
— Diaqnostik və cərrahi laparoskopiya
DOĞUŞ TARİXİNİ HESABLA
Son menstruasiya (aybaşı) tarixini yazın
(misal üçün: 30.12.2016)
HESABLA
FOTO ALBOM
ƏN ÇOX OXUNAN MƏQALƏLƏR