Yumurtalıqların polikistoz sindromu

Polikistoz -sizin menstrual tsiklinizə, fertilliyinizə, hormonlarınıza və xarici görünüşünüzə təsir edən bir vəziyyətdir.
POLİKİSTOZ YUMURTALIQLAR NƏDİR?
Polikistoz yumurtalıqlar normal yumurtalıqlardan ölçücə bir qədər böyükdür və normadan 2 dəfə çox follikula malikdirlər.
Usm müayinədə polikistoz (və ya multifollikulyar) yumurtalıqların olması sizdə polikistoz sindromu var demək deyildir. Yalnız sizin simptomlarınız +USM +hormonal müayinələrin nəticələri xəstəlik haqqında şübhələnməyə və yekun diaqnoz qoymağa əsas verə bilər.
Beləliklə polikistoz yumurtalıqlar simptomları hansılardır?
- Menstrual tsiklin oliqo və ya amenoreya (azalması və ya uzun müddət olmaması ) tipdə pozulması
- Üzdə və bədəndə tüklənmənin artması (hirsutizm )
- Saçlarda yağlanma və tökülmə
- Artıq çəki, tez çəki artımı və arıqlamada çətinlik
- Yağlı dəri və sızanaqlar
- Hamilə qalmaqda çətinlik
Simptomlar çox müxtəlifdir. Bəzi qadınlarda bunların bir neçəsinə rast gəlirik, bəzilərində isə sadalananların hamısı birdən ola bilər. Polikistoz əksərən qadınların hamilə qalmasına problem yaradır.
Polikistoza səbəb nədir?
Dəqiq səbəb tam məlum deyil və xəstəlik əksərən ailəvi xarakter daşıyır. Simptomlar hormonların qeyri normal səviyyəsi ilə əlaqəlidir.
Testesteron bütün qadınların yumurtalıqlarında az miqdarda sintez olunan hormondur. Polikistoz yumurtalıqları olan qadınlarda testesteronun səviyyəsi nisbətən daha yüksək olur.
Polikistoz necə diaqnostika olunur?
Diaqnoz aşağıdakı simptomlardan ən az ikisinin rastlandığı vəziyyətdə qoyulur.
- Menstruasiya qeyri requlyar, nadir və ya ümumiyyətlə yoxdur
- Üzdə və bədəndə artıq tüklənmə və ya qanda testesteronun normadan yüksək olması
- USM zamanı polikistoz yumurtalıqlar
Yəni tək usm nəticəsinə əsasən polikistoz diaqnozu qoyula bilməz. Mütləq yanaşı yuxarıdakı simptomlardan biri olmalıdır.


