ENDOMETRİUMUN HİPERPLAZİYASI

ENDOMETRİUMUN HİPERPLAZİYASI

Endometriumun hiperplaziyası - uşaqlıq boşluğunun selikli qatının xəstəliyidir ki, bu zaman endometriumun stroma və vəzilərində dəyişikliklər baş verir. Selikli qişa hüceyrələri böyüyür və endometrium olması gərəkəndən çox qalınlaşır.
Xəstəliyin səbələri :
✔ Hormonal pozğunluq
✔ Karbohidrat mübadiləsinin pozğunluğu
✔ Lütein faza çatışmamazlığı ( progesteron çatışmamazlığı )
✔ Yumurtalıqların polikistoz xəstəliyi
Hormonal fonun pozulması zamanı - estrogenlərin qanda miqdarının artması, progesteronun miqdarının azalması və estrogen - progesteron nisbətinin dəyişməsi tsiklik prosesə ciddi təsir göstərir və nəticədə endometriumda yeni hüceyrələrin normadan artıq əmələ gəlməsi və bölünməsi baş verir.
Bu tip hormonal dəyişikliklər - yumurtalıqların disfunksiyası, yaxınlaşan menopauza, yumurtalıqların polikistozu, yumurtalıqların hormonal aktiv şişləri, mastopatiya və həmçinin piylənmə zamanı ( artıq piy toxuması estrogen ifraz edir ) baş verir.
Hiperplaziyanın növləri :
- Vəzili
- Vəzili kistoz
- Atipik
- Vəzili və fibroz polip
Hiperplaziyanın kliniki əlamətləri :
- Sonsuzluq - pataloji endometriumda EKO zamanı belə implantasiya baş vermir
- Laxtalarla aşırı qanamalı menstruasiya
- Menstruasiyalar arasında qanaxmalar
- Menstruasiya gecikmələri və sonrasında aşırı qanama
Diaqnostika üsulları
- USM müayinə zamanı - menstruasiyanın 2-4 cü günləri endometriumun 5 mm dən qalın olması. Menstruasiyanın 2 ci fazasında endometriumun 14 mm dən qalın olması.
- Endometriumun biopsiyası - tsiklin 2 ci fazasının ortasında aspirasiya üsulu ilə material götürülür və müayinəyə göndərilir.
- Histeroskopiya - ən effektiv metod sayılır. Müayinə zamanı uşaqlıq boşluğu küretaj edilir ki, bu da hiperplaziyanın ən effektiv müalicəsidir! ! !
MÜALICƏSİ:
Daha öncə yazdığım kimi, ən effektiv metod cərrahi müdaxilədir ( uşaqlığın küretajı ), lakin əməliyyatın icra olunduğu gündən hormonal terapiya başlanmalıdır əks halda növbəti tsikllarda təkrarlanma ehtimalı yüksəkdir. Çünki hiperplaziyanı yaradan əsas səbəb (hormonal pozğunluq ) yerində qalır! Hormonal terapiya 3-6 ay müddətinə təyin edilir. Müalicə kursu bitdikdən sonra hamiləlik tövsiyyə edirəm. Hamiləlik - bu xəstəliyin ən təsirli müalicəsidir
XİDMƏTLƏR
— Hamiləlik konsultasiyası və doğum (təbii və ya keysəriyyə)
— Kiçik çanaq üzvlərinin iltihabi xəstəlikləri
— Sonsuzluğu yaradan səbəblərin aşkarlanması
— Uşaqlıq boynu patalogiyalarının diaqnostikası və müalicəsi
— Vaginanın infeksion xəstəliklərinin diaqnostikası və müalicəsi
— Menstruasiya dövrü və pozulma problemləri
— Yumurtalıq kistaları
— Uşaqlığın xoşxassəli xəstəlikləri
— Genital estetika
— Hamiləlikdən qorunma yolları
— Endokrin sonsuzluğun diaqnostikası və müalicəsi
— Diaqnostik və cərrahi histeroskopiya
— Diaqnostik və cərrahi laparoskopiya
DOĞUŞ TARİXİNİ HESABLA
Son menstruasiya (aybaşı) tarixini yazın
(misal üçün: 30.12.2016)
HESABLA
FOTO ALBOM
ƏN ÇOX OXUNAN MƏQALƏLƏR