HAMİLƏLİK ZAMANI ERKƏN TOKSİKOZ
✔Erkən toksikozun səbəbləri
✔ Dərman preparatları vasitəsilə toksikozdan xilas olmaq olarmı?
Toksikoz erkən hamiləliyin ən geniş yayılmış və məhşur göstəricisidir. Toksikoz hamiləliyin 5-6 həftəsindən başlayır və əksərən 12 - həftəyə qədər davam edir, lakin daha uzun da çəkə bilər bu orqanizmin individual və genetik xüsusiyyətlərindən asılıdır. Toksikozu yaradan səbəblər hələ dəqiq müəyyən edilməmişdir, lakin mən bunu hormonal dəyişikliklərlə əlaqələndirirəm. Belə ki, toksikozun simptomlarının artması qanda XQ səviyyəsinin artması ilə paralel artır və 12 ci həftədə XQ səviyyəsi azalanda toksikoz səngiyir. Onu xüsusi olaraq qeyd edim ki, toksikoz başladısa ondan tamamilə qurtulmaq mümkün deyil,ancaq aşağıdakı yollarla yüngülləşdirmək olar :
✔ Günlük rejimə riayət edin, düzgün qidalanın. Qidalanma gündə 5-6 dəfə kiçik porsiyalarla olmalıdır. Bütün kəskin qidaları ( yağlı, duzlu, qızardılmış, şirin, sitrus ) mədə-bağırsağı qıcıqlandıra biləcək qidaları rasionunuzdan çıxarın.
✔ Əksər pasientlər ürəkbulanmanı səhərlər hiss edirlər bu da qlükozanın qanda səviyyəsinin aşağı düşməsi ilə əlaqəlidir. Mən pasientlərimə ürəkbulanmanın ilk bəlirtilərində nə isə qida qəbul etməyi ( kreker, suxari ) tövsiyyə edirəm. Hər bir qadın onu rahatlada biləcək ərzağı seçməlidir.
✔ Axşamdan yanınıza səhər yerinizdən durmadan atışdıra biləcəyiniz bir şeylər qoya bilərsiz və ya yoldaşınızdan sizin üçün atışdırmalıq hazırlamasını xahiş edə bilərsiz. ☺
✔ Və əlbəttə ki, maye qəbulu. Qusma zamanı maye itkisi və orqanizmin susuzlaşması baş verdiyi üçün gündə ən azı 2 l maye ( su,çay, kompot)qəbul edilməlidir.
✔ Əgər qusma gündə 10 - 15 dəfəyə çatırsa belə halda hospitalizasiya olunmalıdır. Xəstəxana şəraitində maye itkisini bərpa etmək üçün venadaxili məhlullar, qusma əleyhinə mərkəzi təsirli preparatlar təyin edilməlidir. Qeyd edim ki, bu tədbirlər hamısı simptomatikdir, yalnız müvəqqəti vaxt ərzində kömək edir. Belə pasientlərdə qusma psixo-somatik xarakterlidir. Pasientlərlə psixoloji yönümlü söhbətlər edilməli, tənəffüs gimnastikası və düzgün qidalanma təklif olunmalıdır. Düzgün psixoloji qəbullanma olarsa qadın özü bu vəziyyətdən çıxa bilər.
✔ Lakin elə hallar da olur ki, toksikoz o qədər qabarıq olur ki, qadına həyati təhlükə yaradır. Belə hal hamiləliyin sonlandırılması üçün tibbi göstərişdir.