Hamiləlik skrininqi nədir?
Son illər dünyada və ölkəmizdə ilk trimestr skrininq testinin məqsədi Daun sindromunun erkən hamiləlik həftələrində aşkarlanmasıdır. 35 yaşdan sonra hamilə qalanlar, genetik xəstəliyi olanlar, qohum evlilikləri, daha öncə xəstə uşaq doğanlar, düşük və ya inkşafdan qalmış hamiləlik yaşayanlar risk qrupuna daxildirlər. Sindromun erkən təşhisi üçün uyğun vaxt 11 həftə ilə 13 həftə + 6 gündür. Bu dövrdə ölçünün düzgünlüyü 98 -100 % dir. 14 həftə və sonra dəqiqlik 90% ə düşür.
Ənsə qalınlığını düzgün şəkildə ölçmək üçün CRL ( baş popo məsafəsi ) minimum 45mm və maksimum 84 mm olmalıdır. Transabdominal və transvaginal ölçmələr arasında yaxın nəticələr əldə edilsə də transvaginal ölçmənin daha dəqiq metod olduğu düşünülür.
Ümumi olaraq ənsə qalınlığı ( NT ) 3 mm-dən artıq isə pataloji olaraq qəbul edilir.
11 - 14 həftə testi iki ayrı incələmənin birlikdə dəyərləndirilməsidir. Bunlar
-Fetusun ənsə qalınlığının ölçülməsi
-PAPP-A və sərbəst Beta hCG səviyyəsinin təyinidir
Anadan alınan qan nümunəsində hamiləlik hormonu olan beta hCG nin sərbəst qisminin və PAPP-A ( hamiləliyə məxsus plazma proteini A ) səviyyəsi təyin edilir. Edilən araşdırmalarda anormal hamiləliklərdə PAPP-A səviyyəsi normadan aşağı, sərbəst beta hCG səviyyəsi isə daha çox olduğu aşkarlanmışdır. Hamiləliyin 11 - 14 həftələrində alınan qan nümunəsində ölçülən bu iki maddənin səviyyələri xüsusi kompyuter proqramına yüklənir və proqram bir risk təxmini çıxarır. Parametrlər arasına ənsə qalınlığı da əlavə olunduqda düzgün nəticə almaq şansı çox daha yüksəlir.