UŞAQLIQ YOLUNDAN AXINTILAR

UŞAQLIQ YOLUNDAN AXINTILAR
Düşünürəm ki, hər bir qadın həyatında bir dəfə də olsa vaginal axıntı şikayəti ilə ginekoloqa müraciət edir. İlk olaraq qeyd edim ki, özünüzdə hiss etdiyiniz hər axıntı patoloji deyil. Normada hər bir qadının uşaqlıq yolunda leykositlərdən, epiteldən, vaginada yaşayan müəyyən mikroblardan ibarət selikli axıntı əmələ gəlir . Normada sutkada 1 - 2-ml bu tip axıntı əmələ gəlir. Rəngi ağ, sarımtıl qoxu yoxdur və ya zəif turşdur. Menstrual tsiklin dövrlərindən asılı olaraq axıntının rəngi, miqdarı, qatılığı dəyişir. Bir qayda olaraq minimal axıntı menstruasiya bitdikdən sonra olur. Menstruasiya bitdikdən 1 həftə sonra ovulyasiyaya yaxın yumurta ağına bənzər, şəffaf nisbətən çox axıntının olması normaldır. Bu tip axıntı 1 həftəyə yaxın davam edə bilər. Sonra axıntının miqdarı azalır, konsistensiyası qatı, rəngi ağ və ya sarımtıl olur.
Reproduktiv yaşda qadınlarda vaginada ən çox Laktobakteriyalar ( Dederleyn çöpləri ) olmalıdır. Onlar süd turşusu ifraz edərək yad bakteriyaları məhv etmək üçün turş mühit yaradırlar. Laktofloradan başqa uşaqlıq yolunda ureaplazma, mikoplazma, kandida, stafilokok, steptokok kimi şərti patogen mikroorqanizmlər də vardır. Bunlar normal miqdarda olarsa heç bir xəstəlik törətmirlər, lakin onların həddindən artıq çoxalması iltihabi prosesə səbəb olur.
Normanı aydınlaşdırdıq keçək patalogiyaya. Beləliklə hiss etsəz ki, axıntı çoxalıb, rəngi dəyişib, qoxuludur əlavə olaraq - şişkinlik, yanğı, qaşıntı hissi var bu halda ən düzgün addım həkimə müraciət etməkdir.
Bir çox törədicilərin spesifik xarakteri və simptomları var. Məsələn kandidoz ( göbələk ) zamanı -ilkin olaraq vulvada və vaginada narahatlıq başlayır, əksərən cinsiyyət dodaqlarında qaşıntı, vaginanın girişində yanğı hissi yaranır. Axıntı ağdan yaşıl rəngə qədər, qatı ( kəsmik və ya şora bənzər ,turş iylidir.
Trixomaniaz zamanı - axıntının miqdarı çox, boz - sarı, köpüklü, kəskin qoxulu axıntı vaginanın girişini qıcıqlandırdığı üçün qaşıntı və yanğı hissi yaradır.
Bakterial vaginoz zamanı axıntı çox, sarımtıl və ya boz, xoşagəlməz balıq qoxuludur, əksərən qaşıntı və ya qızartı yoxdur.
Xlamidiya, ureaplazma və mikoplazma zamanı - axıntı spesifik deyil, baxışda uşaqlıq boynu iltihablıdır.
Belə klassik görüntü təəssüf ki, həmişə olmur. . Çünki əksərən bir neçə infeksiya birlikdə rast gəlinir.
Bir çox qadınlar qənaət etməyə çalışaraq özünü müalicə etmək istəyir, çünki yaxşı analizlərin maliyyəti bahadır. Və əlbəttə bu tip müalicə qənaətbəxş nəticə verməyəcək. Məsələn kandidanın ( göbələk ) şikayətlərinə əsasən göbələk əleyhinə şamlar və tabletlər qəbul edirlər. Əksərən bu müvəqqəti yaxşılaşma ilə nəticələnir. Belə müalicə uzunmüddətli olmayacaqdır, çünki göbələk əksərən immuniteti salan digər xəstəliklərfonunda (məsələn cinsi yolla keçən infeksiyalar ) yaranır. Və əgər əsas səbəb aradan qalxmasa göbələk dəfələrlə təkrarlanacaqdır.
XİDMƏTLƏR
— Hamiləlik konsultasiyası və doğum (təbii və ya keysəriyyə)
— Kiçik çanaq üzvlərinin iltihabi xəstəlikləri
— Sonsuzluğu yaradan səbəblərin aşkarlanması
— Uşaqlıq boynu patalogiyalarının diaqnostikası və müalicəsi
— Vaginanın infeksion xəstəliklərinin diaqnostikası və müalicəsi
— Menstruasiya dövrü və pozulma problemləri
— Yumurtalıq kistaları
— Uşaqlığın xoşxassəli xəstəlikləri
— Genital estetika
— Hamiləlikdən qorunma yolları
— Endokrin sonsuzluğun diaqnostikası və müalicəsi
— Diaqnostik və cərrahi histeroskopiya
— Diaqnostik və cərrahi laparoskopiya
DOĞUŞ TARİXİNİ HESABLA
Son menstruasiya (aybaşı) tarixini yazın
(misal üçün: 30.12.2016)
HESABLA
FOTO ALBOM
ƏN ÇOX OXUNAN MƏQALƏLƏR