HAMILƏLIK ZAMANI SU ÇIÇƏYI

HAMILƏLIK ZAMANI SU ÇIÇƏYI
Son zamanlar hamiləlik zamanı su çiçəyi ilə yoluxma halları baş verir.
Su çiçəyi virusu herpes virusu ailəsinə aiddir və insandan insana hava damcı yolu ilə ötürülür. Xəstə insan inkubasion dövrün sonundan yəni səpgilərin yaranmasına 2 sutka qalmış artıq ətrafdakılar üçün təhlükədir. Bu dövr prodromal dövr adlanır və baş ağrı, titrətmə, beldə və əzələlərdə ağrı ilə xarakterizə olunur. Xəstə insan səpgilər qabıqla örtülənə qədər keçirici sayılır və bu dövr orta hesabla 7 gün davam edir. Əksərən su çiçəyi uşaq vaxtı keçirildiyi üçün statistikaya görə 80 - 85 % hamilələrdə su çiçəyinə qarşı immunitet vardır və onlar üçün xəstə insanlarla kontakt qorxulu deyil. Su çiçəyi keçirməyən qadınların xəstə insanlarla kontaktı mümkün qədər məhdudlaşmalıdır.
Hamilə qadınlar üçün xəstəliyin ən təhlükəli fəsadı su çiçəyi pnevmoniyasıdır.
Su çiçəyi hamiləlikdə keçirilərsə uşaqda bəzi fəsadlar mümkündür. Bu hamiləlik dövründən asılıdır. Ümumiyyətlə bunu qeyd edim ki, 97 % hallarda döldə heç bir fəsad görülmür. Hamiləliyin son trimestrində ana su çiçəyi keçirərsə yenidoğulmuşda su çiçəyi olması mümkündür.
Birinci və ya ikinci trimestrda su çiçəyi fetal anomaliyalara səbəb ola bilər. Fəsadlara ən çox 20 həftədən öncə xəstəlik keçirən qadınlarda rastlaşırıq. Rastlaşa biləcəyimiz fəsadlar aşağıdakılardır :
- Dəridə ləkələnmələr
- Gözlərin normadan kiçik olması
- Katarakta
- Göz infeksiyaları
- Qollar və ya əllərdə qısalıq
- Barmaqlarda anomaliya
- Əzələ zəifliyi
- Sidik və ya nəcis saxlaya bilməmə
- Mikrosefaliya ( başın normadan kiçik olması )
- Böyrək və ya bağırsaq anomaliyaları
Ancaq bu fəsadların ortaya çıxma ehtimalı çox aşağıdır.
Hamiləlik zamanı su çiçəyi keçirilərsə nə etməli?
Bu çox mübahisəli mövzudur. Uşaqda anormallıq riski çox aşağıdır və bu risk hamiləliyin 8-20 həftələri arasında xəstəliyi keçirənlərdə ən yüksəkdir. Bu səbəbdən hamiləliyi sonlandırıb sonlandırmamaq qərarını siz özünüz verməlisiz.
XİDMƏTLƏR
— Hamiləlik konsultasiyası və doğum (təbii və ya keysəriyyə)
— Kiçik çanaq üzvlərinin iltihabi xəstəlikləri
— Sonsuzluğu yaradan səbəblərin aşkarlanması
— Uşaqlıq boynu patalogiyalarının diaqnostikası və müalicəsi
— Vaginanın infeksion xəstəliklərinin diaqnostikası və müalicəsi
— Menstruasiya dövrü və pozulma problemləri
— Yumurtalıq kistaları
— Uşaqlığın xoşxassəli xəstəlikləri
— Genital estetika
— Hamiləlikdən qorunma yolları
— Endokrin sonsuzluğun diaqnostikası və müalicəsi
— Diaqnostik və cərrahi histeroskopiya
— Diaqnostik və cərrahi laparoskopiya
DOĞUŞ TARİXİNİ HESABLA
Son menstruasiya (aybaşı) tarixini yazın
(misal üçün: 30.12.2016)
HESABLA
FOTO ALBOM
ƏN ÇOX OXUNAN MƏQALƏLƏR