İNSAN PAPİLLOMA VİRUSU

Papillomalar və kondilomalar dərinin xoşxassəli törəmələridir. Virusa yoluxma hər zaman papillomaların əmələ gəlməsinə səbəb olmur. Törədici dəri hüceyrələrində yaşayır və əgər immunitet güclüdürsə orqanizm müvəffəqiyyətlə qorunur. Lakin orqanizmin müdafiə qüvvələri aşağı düşərsə bu zaman dəridə papilloma və ya kondilomalar yaranır.
Bir çoxlarınıza papilloma vəkondilomaların fərqi maraqlıdır. Bu eyni virusun müxtəlif cür özünü göstərməsidir.
Kondilomalar 6-11 tip insan papilloma virusu tərəfindən yaranan xoşxassəli törəmədir. Bir çox alimlər məhz kondilomaların daha çox tezlikdə xərçəng şişinə keçdiyini hesab edirlər. Əksərən kondilomalar cinsi orqanlar və anus nahiyəsində görülür. Kondilomalar səpgi şəklində yaranır, lakin müəyyən vaxtdan sonra səpgilər öz aralarında birləşərək böyük ölçülərə çatırlar. Qırmızımtıl və ya qəhvəyi rəngdə olurlar. Cinsi orqanlarda rəngi nisbətən daha açıq olur.
Kondilomalar daha keçici və residiv verməyə meylli olurlar. Üç formada olurlar - iti uclu, yastı, hüceyrə daxili.
Papillomalar - 1, 2, 3, 4, 10 tip İPV nəticəsində əmələ gələn xoşxassəli törəmələridir . Bu tiplərin xərçəng riski çox aşağıdır. Bu törəmələr əksərən kosmetik deffekt yaradır.
Xəstəliyin keçmə və yayılma yolları:
-Cinsi yolla
-Anadan uşağa doğum zamanı
-Məişət yolu ilə
-Ümumi istifadə yerlərində yoluxma
-Öz -özünü yoluxdurma
Qeyri onkogen tip İPV - 1,2,3, 4, 5, 63.
Aşağı riskli onkogen tip İPV - 6,11, 42, 43, 44
Yüksək riskli onkogen tip İPV - 16, 18, 31, 33, 35 , 39, 45, 51, 52, 56, 58, 59, 68
Ən xoşagəlməz proqnoz 18 tip virusdur. Xəstəlik 3-5il ərzində digər orqanlara metastaz verən xərçəngə çevrilə bilər.
XİDMƏTLƏR
— Hamiləlik konsultasiyası və doğum (təbii və ya keysəriyyə)
— Kiçik çanaq üzvlərinin iltihabi xəstəlikləri
— Sonsuzluğu yaradan səbəblərin aşkarlanması
— Uşaqlıq boynu patalogiyalarının diaqnostikası və müalicəsi
— Vaginanın infeksion xəstəliklərinin diaqnostikası və müalicəsi
— Menstruasiya dövrü və pozulma problemləri
— Yumurtalıq kistaları
— Uşaqlığın xoşxassəli xəstəlikləri
— Genital estetika
— Hamiləlikdən qorunma yolları
— Endokrin sonsuzluğun diaqnostikası və müalicəsi
— Diaqnostik və cərrahi histeroskopiya
— Diaqnostik və cərrahi laparoskopiya
DOĞUŞ TARİXİNİ HESABLA
Son menstruasiya (aybaşı) tarixini yazın
(misal üçün: 30.12.2016)
HESABLA
FOTO ALBOM
ƏN ÇOX OXUNAN MƏQALƏLƏR