HAMİLƏLİKDƏ QRİP

HAMİLƏLİKDƏ QRİP
Hamiləlik müddətində qadın orqanizmi zəifləyir və müxtəlif növ infeksiyalara qarşı daha həssas olur. Buna görə də hamiləlik dövründə kəsin respirator virus İnfeksiyalarınınprofilaktikası aparılmalıdır.
Sizə sadə tövsiyyələr sadalayacam ki, siz bunlara əməl etməklə virusa yoluxma riskini minimuma endirə bilərsiz.
- Çalışın kütləvi insanlar olan yerdə çox qalmayın, əgər bu mümkün deyilsə tibbi maska taxın ( maska 2-3 saatdan bir dəyişdirilməlidir )
- Evə gəldikdən sonra burun boşluğu fizioloji məhlul və ya hər hansı hazır duzlu məhlulla yuyulmalıdır. ( Natrium xlorid məhlulu və ya akvamaris sprey )
- Mütləq çöldən qayıdan kimi əllər sabunla yuyulmalıdır. Yuyulmamış əllərlə üzünüzə , gözünüzə, qulağınıza əl vurmayın.
- Daim oturduğunuz otağın havasını dəyişin ( viruslar quru havada çoxalır )
- Çalışın kondisionerdən istifadə etməyin ( maşında və evdə )
- Ətrafınızda xəstə insanlar varsa onlarla konraktı minimuma endirin.
- Və təbii olaraq düzgün qidalanmaq, stresdən uzaq olmaq, orqanizminiz üçün komfortlu günlük rejimə riayət etmək lazımdır.
Əminəm ki, bu sadə tövsiyyələrə əməl etsəz özünüzü xəstəliklərdən qorumuş olacaqsız.
Mövzumuza davam edək "Hamiləlikdə qrip "olduzsa nə etməli?
Bu həm hamilə olan, həm də hamiləliyə hazırlaşan xanımlara aiddir. Ən əsas və vacib moment -qonşuların, qohumların məsləhəti ilə özünüzü müalicəyə başlamayın.
-İlkin olaraq müalicə həkiminizlə əlaqə saxlayın və ya evə terapevt çağırışı edin.
-İsti və soyuq prosedurlar etməyin, çünki bu ağırlaşmalara səbəb ola bilər.
-Requlyar olaraq burnunuzu fizioloji məhlulla yuyun.
-Boğazınızı çobanyastığı dəmləməsi və ya zəif duzlu məhlulla yaxalayın
-Antibakterial tabletlər sora bilərsiz (strepsils, Lizobakt )
-Mütləq gün ərzində azı 2 l maye qəbul edin ( çay, kompot, üstünlük adi suya verilməlidir )
- Temperaturun 38 və daha artıqqalxdığı hallarda 500mq dozada parasetamol tablet qəbul oluna bilər. Əgər temperatur dərman fonunda düşmürsə və ya daha da qalxırsa vaxt itirmədən təcili yardım çağırın!
Ümid edirəm ki, bunları oxuduqdan sonra siz xəstəliklərin müalicəsini deyil profilaktikasını apararsız və xəstəlik Sizdən yan keçər.
XİDMƏTLƏR
— Hamiləlik konsultasiyası və doğum (təbii və ya keysəriyyə)
— Kiçik çanaq üzvlərinin iltihabi xəstəlikləri
— Sonsuzluğu yaradan səbəblərin aşkarlanması
— Uşaqlıq boynu patalogiyalarının diaqnostikası və müalicəsi
— Vaginanın infeksion xəstəliklərinin diaqnostikası və müalicəsi
— Menstruasiya dövrü və pozulma problemləri
— Yumurtalıq kistaları
— Uşaqlığın xoşxassəli xəstəlikləri
— Genital estetika
— Hamiləlikdən qorunma yolları
— Endokrin sonsuzluğun diaqnostikası və müalicəsi
— Diaqnostik və cərrahi histeroskopiya
— Diaqnostik və cərrahi laparoskopiya
DOĞUŞ TARİXİNİ HESABLA
Son menstruasiya (aybaşı) tarixini yazın
(misal üçün: 30.12.2016)
HESABLA
FOTO ALBOM
ƏN ÇOX OXUNAN MƏQALƏLƏR