Vaginoplastika

Vaginoplastika
Doğuşdan sonra yaranan və ya daha da sonra fərqli səbəblərdən yaranan genital bölgənin forma dəyişikliyi qadınların cinsi və günlük həyatına çox mənfi təsir edir.Zamanla cinsi münaisbətlərin soyumasına ,ailə problemlərinə,özünə inam hissinin azalmasına gətirib çıxarır.Sağlam və xoşbəxt bərabərliyin yolu ilk öncə insanın hiss etdiyi özünə inam hissindən başlayır.Partnyoru tərəfindən bəyənildiyini hiss etmək cinsi yaşamda ən vacib rol oynayır.

Günümüzdə qadınların ən çox rastlaşdığı genital estetik problem vaginanın genişlənməsidir.Bu vəziyyət cütlüyün cinsi əlaqə zamanı yetərincə zövq almamasına səbəbdir.Problem sadəcə bununla da bitmir,qadınlar genişlənmiş və sallanmış vagina səbəbindən sidik qaçırma kimi çox vacib bir problemlə üzləşirlər.

Vaginal genişlənmənin səbəbləri-quruluşca bəzi qadınlarda vagina böyük ola bilər,çoxsaylı cinsi əlaqə,abortlar,doğum,doğuşda uşağın iri olması və s.Xüsusən də doğumdan sonra düzgün bərpa olunmayan yırtıqlar vəya doğum sonrası tikişlərdə aralanma vaginada elastikliyin itməsinə və əzlələrin boşalmasına səbəb olur.Vaginal genişliklə yanaşı bağ əzələ aparatının zəifləməsi öndən sidik kisəsinin ,arxadan düz bağırsağın vagina tərəfə sallanmasına səbəb olur.Sidik kisəsinin yerdəyişməsi sidik qaçırmaya səbəb olur.Cərrahi yolla vaginal kanal daraldılır və boşalmış əzlələr yığılaraq düzəldilir.(Vaginoplastika).Bu tip əmliyyatlarda məqsəd sallanmış sidik kisəsi və rektumun normal vəziyyətinin qaytarılması,vaginadakı artıq toxumanın çıxarılaraq genişliyin aradan qaldırılmasıdır.Əməliyyat əksərən ümumi anesteziya altında bəzən də epidural anesteziya altında icra olunur və xəstə bir neçə gün sonra normal həyatına dönür.Cinsi yaşam əməliyyatın həcmindən asılı olaraq 2-4 həftə sonra bərpa olunur.
XİDMƏTLƏR
— Hamiləlik konsultasiyası və doğum (təbii və ya keysəriyyə)
— Kiçik çanaq üzvlərinin iltihabi xəstəlikləri
— Sonsuzluğu yaradan səbəblərin aşkarlanması
— Uşaqlıq boynu patalogiyalarının diaqnostikası və müalicəsi
— Vaginanın infeksion xəstəliklərinin diaqnostikası və müalicəsi
— Menstruasiya dövrü və pozulma problemləri
— Yumurtalıq kistaları
— Uşaqlığın xoşxassəli xəstəlikləri
— Genital estetika
— Hamiləlikdən qorunma yolları
— Endokrin sonsuzluğun diaqnostikası və müalicəsi
— Diaqnostik və cərrahi histeroskopiya
— Diaqnostik və cərrahi laparoskopiya
DOĞUŞ TARİXİNİ HESABLA
Son menstruasiya (aybaşı) tarixini yazın
(misal üçün: 30.12.2016)
HESABLA
FOTO ALBOM
ƏN ÇOX OXUNAN MƏQALƏLƏR