Abort

Abort
Abort və ya küretaj uşaqlıqda olan hamiləliyin müxtəlif yollarla kənar edilməsidir.

Abort instrumental (alət vasitəsi ilə ) və ya medikamentoz (dərman vasitəsi ilə) üsulla icra oluna bilər.

Küretaj ümumi və ya yerli aneteziya altında icra oluna bilər. Daha öncə doğum etməyən qadınlarda uşaqlıq boynu sıx və qapalı olduğu üçün ümumi anesteziya altında olunması daha komfortludur.

Son illlərdə icad olunan və yalnız venadan iynə şəklində yeridilən anesteziya dərmanları çox qısa təsirli və effektlidir. Fəsadları çox azdır əməliyyat bitdiyi an xəstə oyanır. Daha öncə doğum etmiş qadınlarda yerli anesteziya ilə də abort işləmi edilə bilər. İşləm bitdikdən 30-40 dəq sonra xəstə evə yola salına bilər.

Abort işləmində ən önəmli detal sterilizasiyadır. Tək istifadəlik plastic kanüllərhəm həkimə rahatlıq gətirir həm də xəstəni yoluxa biləcək infeksiyalardan qoruyur.

Abort işləmi son dərəcə qısa çəkən (ortalama 5-10 dəqiqə) bir prosedurdur. İşləm öncəsi sterilizasiya üçün edilən təmizlik və işləm sonrası qanama və ultrasəs müayinəsi ilə birlidə təxmini 10-15 dəq çəkir. İşləmin sadə və qısa müddətli olmasına baxmayaraq hər zaman ağırlaşmaları mümkündür. Bunun üçün həkimin təcrübəli olması çox önəmlidir.

Müasir tibbdə abort əksər hallarda vakum aspirasiya üsulu ilə icra olunur. Uşaqlığın daxilnə çox incə və plastik kanül yerləşdirilir, ucuna vakum ekstraktor aləti birləşdirilir və hamiləlik material təmizlənir. Plastik kanüllər birdəfəlik steril alətlərdir. Həkim bunları xəstə üçün açır və işləm bitdikdən sonra kanüllər atılır.

Çox kiçik hamiləliklərdə bəzən hamiləlik möhtəviyyatı tam təmizlənməyə bilər və hamiləlik uşaqlıqda davam edə bilər. 5 həftədən kiçik hamiləliklərdə bu vəziyyətlə daha tez-tez rastlaşırıq. Buna görə də abort ən tez 5-6 həftədə edilməsi məsləhətdir.

Abortdan 2 həftə sonra təkrar müayinə olunmanız məsləhətdir. Bu müayinədə sizə eyni zamanda ailə planlanması barədə məlumatlar verilməli və sizə uyğun hamiləlikdən qorunma üsulu müzakirə olunmalıdır.
XİDMƏTLƏR
— Hamiləlik konsultasiyası və doğum (təbii və ya keysəriyyə)
— Kiçik çanaq üzvlərinin iltihabi xəstəlikləri
— Sonsuzluğu yaradan səbəblərin aşkarlanması
— Uşaqlıq boynu patalogiyalarının diaqnostikası və müalicəsi
— Vaginanın infeksion xəstəliklərinin diaqnostikası və müalicəsi
— Menstruasiya dövrü və pozulma problemləri
— Yumurtalıq kistaları
— Uşaqlığın xoşxassəli xəstəlikləri
— Genital estetika
— Hamiləlikdən qorunma yolları
— Endokrin sonsuzluğun diaqnostikası və müalicəsi
— Diaqnostik və cərrahi histeroskopiya
— Diaqnostik və cərrahi laparoskopiya
DOĞUŞ TARİXİNİ HESABLA
Son menstruasiya (aybaşı) tarixini yazın
(misal üçün: 30.12.2016)
HESABLA
FOTO ALBOM
ƏN ÇOX OXUNAN MƏQALƏLƏR