Kişilərdə kanalların bağlanması - Vazektomiya

Kanallar bağlandığı üçün sperm hüceyrələri boşalma mayesinə keçmir, beləliklə hamiləlik baş vermir.
Qoruyuculuq əməliyyatdan həmən sonra baş vermir. İlk 20 boşalma və ya ilk 3 ay yanaşı prezervativlə qorunma təklif olunur.
Cinsi istək və sərtləşmədə heç bir dəyişikliyə yol açmır.
Kişi evil isə əməliyyatən aparılması üçün yoldaşının yazılı razılığı mütləqdir.
Qalıcı və ömür boyu sürən hamiləlik control metodudur.
Gələcəkdə uşaq istəyi ehtimalı çox yaxşı düşünülməlidir. Xəsarət almış kanalların keçiriciliyinin təkrar bərpa olunması hər zaman mümkün olmur. Keçiricilik bərpa olunmazsa və övlad arzusu davam edərsə testislərdən aspirasiya yolu ilə sperma götürmək üsulu təklif oluna bilər.
Bu metod cərrahi yolla yerli anesteziya altında aparılır. Olduqca sadə və güvənilir metoddur. Əməliyyat ortalama 30 dəqiqə çəkir və xəstəxanada yatmağı gərəkdirmir.