Spiral - Uşaqlıq daxili vasitə

Spiral - Uşaqlıq daxili vasitə
Spiral uşaqlığın daxilinə yerləşdirilən bir vasitə olub istənməyən hamiləlikdən qorunmaq üçün olduqca effektiv bir üsuldur. Spiral bütün dünyada ailə planlanması mövzusunda çox vacib bir yerdə durur. Spiral infeksiyalaşma riskini artırsa belə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ən effektiv qorunma üsulu kimi qəbul edilir. Müasir dövrdə istifadə olunan spiralllarin istifadə muddəti 3 ilə 8 il arasında dəyişir. Vaxtlı vaxtında ginekoloji müayinələrin aparılması şərti ilə 10 ilə qədər istifadə oluna bilər.

Spiralın təsir mexanizmi


Spiral spermlərin uşaqlığın içərisindən yuxarıya (yumurtalıqlara) tərəf irəliləməsinin qarşısını alır. Sprmləri öldürmə , hərəkətliliklərini və dölləmə qabiliyyətini aşağı salma təsirləri vardır.

Spiral nə zaman taxılmalıdır

Spiral doğumdan, düşükdən və abortadan sonra və ya hamilə olmayan qadınlarda istənilən uyğun gündə taxıla bilər. Ancaq özü-özünə atıla bilməsi ehtimalı səbəbindən 3 aydan böyük düşüklər və doğumdan sonra 1 ay gözləmək daha uyğundur. Aybaşının sonuncu günləri spiral taxmaq üçün ən uyğun günlərdir. Səbəb- qadının hamilə olmadığından əmin oluruq və uşaqlıq boynu açıq olduğu üçün prosedur ağrısız keçir.

Ümumiyyətlə spiral taxılması ağrılı bir proses deyil. Spiral taxımından 30 dəq öncə ağrıkəsici qəbul etmək proses zamanı və ya sonra ağrıları azldacaqdır. Həkiminiz uyğun görərsə antibiotic qəbulu da tövsiyyə oluna bilər.

Spiral taxıldıqdan sonra bəzi qadınlarda bir neçə ay aybaşı çox qanamalı və ağrılı ola bilər.Lakin bunlar zamanla keçəcəkdir. 95% qadınlarda spiral heç bir yan təsir vermir. Spiral taxıldıqda ilk aybaşıdan sonra müayinəyə gedilməli hər şey yolunda isə ildə 1 dəfə kontrol olunmanız kifayətdir.

Spiralin çıxarılması çox sadə və ağrısız prosedurdur. Spiralın ipləri alətlə tutulur və çəkilərək çıxarılır.

Spiralın taxılmasına əks göstərişlər


* Hamiləlik

* Infeksiya

* Cinsi yolla keçən xəstəliklər

* Son 3 ayda keçirilmiş endometrit

* Səbəbi dəqiqləşməmiş vaginal qanama

* Pap-smear nəticələrinin normal olmaması

* Xroniki immun çatışmamazlıq (Spid, Leykoz)

* Böyük miomalar

* Uşaqlığın anomaliyaları
XİDMƏTLƏR
— Hamiləlik konsultasiyası və doğum (təbii və ya keysəriyyə)
— Kiçik çanaq üzvlərinin iltihabi xəstəlikləri
— Sonsuzluğu yaradan səbəblərin aşkarlanması
— Uşaqlıq boynu patalogiyalarının diaqnostikası və müalicəsi
— Vaginanın infeksion xəstəliklərinin diaqnostikası və müalicəsi
— Menstruasiya dövrü və pozulma problemləri
— Yumurtalıq kistaları
— Uşaqlığın xoşxassəli xəstəlikləri
— Genital estetika
— Hamiləlikdən qorunma yolları
— Endokrin sonsuzluğun diaqnostikası və müalicəsi
— Diaqnostik və cərrahi histeroskopiya
— Diaqnostik və cərrahi laparoskopiya
DOĞUŞ TARİXİNİ HESABLA
Son menstruasiya (aybaşı) tarixini yazın
(misal üçün: 30.12.2016)
HESABLA
FOTO ALBOM
ƏN ÇOX OXUNAN MƏQALƏLƏR