Hamiləlikdən qorunma tabletləri

Kombinə olnmuş oral kontarseptivlər (KOK)

Hamiləlikdən qorunma tabletləri

KOK lar həkim nəzarəti altında xəstənin muayinəsi edilib dəyərləndikdən sonra təyin olunmalıdır. Çünki fərqli tərkibli və təsirli tabletlər vardır. Bir qadının çox məmnun qaldığı bir həb başqa bir qadında yan təsirləri səbəbindən discomfort yarada bilər.

KOK lar tərkibi seroid hormonlar (estrogen+progesteron ) olan tabletlərdir.

Təsir mexanizmi-beyindəki hipofiz və hipotalamus bögələrinə təsir edərək, yumurtlamanı önləyir. Eyni zamanda uşaqlığın daxili qatını (endometrium) uşağın yerləşməsi üçün əlverişsiz hala ini pozaraq spermin yumurta hüceyrəyə irəliləməsinə mane olur.

100% qorunma deyə bir anlayış yoxdur. Bu hamilə qalmamaq üçün istifadə olunan bütün üsulların hamısına aiddir. KOK istifadəsi zamanı düzgün istifadə olunduqda belə hamiləlik ehtimalı 1000:1 dir.

KOK lar 21 gün müddətində hər gün eyni saatda qəbul edilməlidir. Menstruasiyanin ilk günündən başlayaraq 21 günün tamamından sonra 7 gün ara verilərək 8ci gündən yeni qutuya başlanmalıdır. Tabletlərin heç unudulmadan hər gün qəbul edilməsi çox önəmlidir. Tablet unudularsa yadınıza düşən ilk anda qəbul edilməli və növbəti tablet eyni saatənda qəbul edilməlidir.

Nə zaman qətiyyən KOK qəbul edilə bilməz

* Tromboflebit, tromboembolik xəstəlik, koronar damar xəstəliyi və s.

* Qaraciyər funksiyalarının pozulması

* Süd vəzi xərçəngi və ya şübhəsi

* Anormal vaginal qanaxmalar

* Hamiləlik və ya hamiləlik şübhəsi olarsa
XİDMƏTLƏR
— Hamiləlik konsultasiyası və doğum (təbii və ya keysəriyyə)
— Kiçik çanaq üzvlərinin iltihabi xəstəlikləri
— Sonsuzluğu yaradan səbəblərin aşkarlanması
— Uşaqlıq boynu patalogiyalarının diaqnostikası və müalicəsi
— Vaginanın infeksion xəstəliklərinin diaqnostikası və müalicəsi
— Menstruasiya dövrü və pozulma problemləri
— Yumurtalıq kistaları
— Uşaqlığın xoşxassəli xəstəlikləri
— Genital estetika
— Hamiləlikdən qorunma yolları
— Endokrin sonsuzluğun diaqnostikası və müalicəsi
— Diaqnostik və cərrahi histeroskopiya
— Diaqnostik və cərrahi laparoskopiya
DOĞUŞ TARİXİNİ HESABLA
Son menstruasiya (aybaşı) tarixini yazın
(misal üçün: 30.12.2016)
HESABLA
FOTO ALBOM
ƏN ÇOX OXUNAN MƏQALƏLƏR