UŞAĞIN CİNSİYYƏTİNİ SEÇMƏK OLARMI?
Sizləri çox maraqlandıran ən qaynar suallardan biri " Gələcək uşağın cinsiyyətini seçmək olarmı? " sualıdırBundan başlayaq ki, uşağın cinsiyyəti oositi hansı spermotozoidin mayalamasından asılıdır. 2 növ spermatozoidlər vardır
✔ X xromosom daşıyan
✔ Y xromosom daşıyan
Qadın oositləri yalnız X xromosom daşıyır. Spermotozoidin hansı xromosomu daşıdığını müəyyən etmək mümkündür, lakin bu müayinədən sonra o mayalanmaya yararsız olacaqdır. Əgər bu belə olmasaydı süni mayalanma zamanı uşağın cinsiyyətini X və ya Y spermatazoidlərlə mayalamaqla planlamaq olardı. Bu günki gün bu mümkün deyil. Lakin embrionun ana bətninə yerləşdirənə qədər onun cinsiyyətini təyin etmək metodu vardır. " Predimplantasion Genetik Diaqnostika " Bu necə baş verir? Embrionun inkşafının 3-5 günləri embrionun bir neçə hüceyrəsi alınır və hansı xromosomu daşıdığı müəyyənləşdirilir və bundan sonra embrionun uşaqlıq boşluğuna yerləşdirilməsi həyata keçirilir.
Yadda saxlamaq lazımdır ki, qanunvericiliyə görə cinsiyyətin seçilməsi tibbi göstərişlərlə mümkündür. Valideynlərdən hər hansının cinsiyyətə bağlı xromosom xəstəliyi olarsa. Sonda əlavə edim ki, uşağın cinsiyyətinin cədvəllər, sehrli təqvimlər vasitəsi ilə proqnozlaşdırılması 100 % deyildir.